Qəlbi qələbəylə döyünən tərcrübəli mütəxəssis
Olimpizm xəbərləri
26.03.2025, 10:05
Ölkəmizi idman sahəsində uğurla təmsil edən atletlərin və mütəxəsisslərin sayı yetərincədir. Bir jurnalist olaraq onların hər birini diqqətdə saxlamaq mümkünsüzdür. Ola bilər ki, hər hansı bir tədbirdə və yarışda onlarla fərqli vaxtda qarşılaşmaq fürsəti yaransın. Budəfəki yazımızın qəhrəmanı ilə görüşümüz düz 10 il əvvələ təsadüf edib. Qoşa rəqəm kimi görünməsinə baxmayaraq, 10 il az bir müddət sayıla bilməz. Biz bu vaxt ərzində bir çox yaddaqalan hadisələrin şahidi olduq.
O, redaksiyamıza zəng edib, özünü təqdim edərək bildirdi ki, 2015-ci ildə 60 illik yubileyi münasibətilə bu qəzetdə “Uğur zirvəsinin təcrübəli bələdçisi” adlı məqalə dərc olunub. Həmin dərc olunmuş sayı hələ də saxladığını bildirdi. Bəli, bizimlə danışan veteran ağırlıqqaldıran, Əməkdar məşqçi, SSRİ idman ustası, ali dərəcəli məşqçi Vaqif Müsadiq idi. Onun buyaxınlarda 70 yaşı tamam olacaq. Ömrünün 70-ci baharını yaşayan Vaqif müəllimin Azərbaycan idmanı üçün göstərdiyi xidmətlər və qazandığı nailiyyətlər heç də az olmayıb. Hər zaman gülərüz və şux qamətdə səmimi görünən Vaqif müəllimin tərcümeyi-halına yenidən nəzər salaq. Vaqif Məmmədəli oğlu Müsadiq 1955-ci il mart ayının 26-da Bakı şəhərində anadan olub. Valideynləri idmana olan həvəsini nəzərə alaraq, onu uşaq yaşlarından məşqlərə cəlb ediblər. 1971-ci ildə isə onun üçün “Neftçi” İSM-də ağırlıqqaldırmanın sirlərinə yiyələnmək imkanı yaranıb. 1972-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 80 saylı orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Politexnik İnstitutuna təqdim edən Vaqif Müsadiq həmin ali təhsil ocağının tələbəsi adını qazanıb. Lakin o, təhsilini yarımçıq qoyaraq, 1975-ci ildə hərbi xidmətə yollanıb. İki il müddətində Ukraynanın Lvov şəhərində hərbi xidmət keçərək, vətənə qayıdıb. Bu müddət ərzində idman bölüyündə fəaliyyətini davam etdirib. Lakin idmandan kənarda qalmayıb. Belə ki, o, 1977-ci ildə “SSRİ İdman Ustası” fəxri adına layiq görülüb. 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsitutuna daxil olub, 1982-ci ildə həmin ali təhsil ocağını bitirib. Həyatının 50 ilini Azərbaycan idmanının tərəqqisinə həsr edən mütəxəssislərdən Vaqif müəllimin də çəkdiyi zəhmət yüksək qiymətləndirilib. 1978-1982-ci illərdə 15 dəfə respublika və ittifaq miqyaslı çempionatların mükafatçısı olub. 1982-ci ilin sentyabr ayında Rusiyanın Smolensk şəhərində keçirilən SSRİ Kənd İdmançılarının Oyunlarında Vaqif Müsadiq böyük uğur əldə edib. Belə ki, Azərbaycanın ağırlıqqaldırma tarixində 75 kq çəki dərəcəsində birdənqaldırmada 140 kq, təkanla qaldırmada 170 kq nəticə göstərən iki idmançıdan biri olub. 1987-1990-cı illər ərzində gənclərdən ibarət ağırlıqqaldırma üzrə yığma komandamız məşqçi kimi ona həvalə edilib. Azərbaycan idmanında göstərdiyi xidmətlərə görə, Vaqif Müsadiq 1990-cı ildə Azərbaycan Həmkarlar İttifaqları Şurası tərəfindən Fəxri fərmanla təltif edilib. 1991-ci ildə Respublika dərəcəli hakim, bir il sonra isə Azərbaycanın SSRİ-nin Əməkdar məşqçisi fəxri adına layiq görülüb. 1996-2012-ci illərdə ağırlıqqaldırma növü üzrə paralimpiya yığma komandasının baş məşqçi köməkçisi kimi çalışıb. 1996-2001-ci ilin yekununa əsasən, Vaqif Müsadiq paralimpiya oyunları proqramına daxil olan idman növləri üzrə “5 illiyin ən yaxşı məşqçisi” adını qazanıb. 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən X Paralimpiya Oyunlarında Vaqif Müsadiq Azərbaycan nümayəndə heyətinin rəhbəri və paralimpiya oyunlarında yığma komandanın bayraqdarı kimi iştirak edib. XI Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının yüksək nailiyyətlər qazanmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2001-ci ildə Vaqif Müsadiqi fəxri diplomla təltif edib. İllər keçdikcə fədakar idman mütəxəssisin uğurlar və nəticələri biri-birini əvəzləyib. O, 2002-ci ildə Koreyanın Busan şəhərində keçirilən FESPİC Oyunlarında (Sakit okean hövzəsi və Asiya ölkələrinin oyunları-Avstraliya qitəsi daxil olmaqla) Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini təyin olunub. Vaqif Müsadiq ağırlıqqaldırma üzrə baş məşqçi vəzifəsində işlədiyi müddətdə (2004-2014) “Neftçi” İSM-in təmsilçiləri Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə, ölkədaxili çempionat və birinciliklərdə 281 medal (141 qızıl, 75 gümüş, 65 bürünc) qazanıblar. Qazanılan medalların 120-si onun hazırladığı idmançıların payına düşür. Vaqif Müsadiqin idman sahəsində göstərdiyi müstəsna xidmətlər dövlət səviyyəsində də layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Vaqif Müsadiq “Tərəqqi” medalı ilə təltif olunub. 2013-cü ildə Azərbaycan Ağır Atletika Federasiyasının məşqçilər şurasına üzv seçilib. Məşqçilik fəaliyyəti ilə yanaşı, 2014-cü ildə veteran ağırlıqqaldıranlar arasında Naxçıvan şəhərində keçirilən Dünya kuboku yarışlarında 55-59 yaş qrupunda mütləq çempion adını qazanıb. O, Azərbaycan ağırlıqqaldıma üzrə atletika tarixində 59 yaşında 75 kq çəki dərəcəsində 115 kq çəkini təkanla qaldıran ilk azərbaycanlı idmançıdır. Vaqif Müsadiqin hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında, paralimpiya oyunlarında, Asiya və Ümumdünya oyunlarında, həmçinin müxtəlif A kateqoriyalı beynəlxalq turnirlərdə ölkəmizə 50 medal (25 qızıl, 10 gümüş, 15 bürünc) qazandırmağa nail olublar. Bundan başqa ölkəmizə Olimpiya və paralimpiya oyunlarında lisenziyalar qazanılmasında da Vaqif müəllimin rolu danılmazdır. Qeyd edək ki, “Neftçi” İSM-in idmançıları son 8 Olimpiya və paralimpiya oyunlarında (Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012) 26 lisenziyaya sahib olublar. Onlardan 18-ni şəxsən Vaqif müəllimin yetirmələri qazanıb. 1995-ci ildə Çində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında azərbaycanlı atlet Təranə Abbasova 58 kq çəki dərəcəsində 100 kq ağırlığı qaldırıb. Xanım idmançımız həmin çəkini ram edən ilk azərbaycanlı qadın kimi adını dünya ağırlıqqaldırma tarixinə yazdırıb. O, SSRİ çempionu və rekordçusu, dörd beynəlxalq turnirin qalibi, Avropa çempionatının bürünc mükafatçısı, Avropa kubokunun komanda yarışının qalibidir. Bununla yanaşı, Təranə Abbasova Sidney-2000 Yay Olimpiya Oyunlarında iştirak edərək, Azərbaycan Olimpiya tarixinə düşən ilk azərbaycanlı qadın ağırlıqqaldıran olub. Digər bir idmançımız isə Gündüz İsmayılovdur. O, Azərbaycan paralimpiya idmanı tarixində ilk üçqat Avropa çempionu (1997-ci il Slovakiya, 1999-cu il Budapeşt, 2003-cü il Slovakiya) kimi şöhrət qazanıb. Hər iki idmançının uğur qazanmasında Vaqif müəllimin əvəzsiz əməyi olub. Vaqif Müsadiq mətbuatda da idmanla bağlı müxtəlif yazılarla çıxış edib. O, “Mənim yolum” adlı ədəbi-bədii kitabın müəllifidir. Vaqif müəllimin siyasi mövzuda da kitabları onun yaradıcılığının bir hissəsi hesab olunur. Anar Əhmədov P.S. “Olimpiya dünyası” qəzetinin kollektivi Vaqif müəllimi yubiley münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı, gələcək işlərində müvəffəqiyyətlər arzulayır. Hesab edirik ki, bizim növbəti görüşümüz bu qədər uzun çəkməyəcək. Hələ idmançı kimi karyerasını davam etdirən Vaqif müəllim yeni nailiyyətləri ilə bizə müjdə verəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri