Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun oyunları keçiriləcək.
Günün ilk oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq. Saat 16:00-da baçlayacaq oyunda “Xilasedici” və “Gənclər” komandaları üz-üzə gələcək.
Digər görüşlərdə MOİK - “Murov Az Terminal”la, “Azərreyl” isə “Neftçi” ilə mübarizə aparacaq. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
MOİK - “Murov Az Terminal” matçına saat 16:00-da, “Azərreyl” - “Neftçi” görüşünə isə 18:00-da start veriləcək.