Boks Los-Anceles-2028-in idman proqramına daxil ediləcək

Boks Los-Anceles-2028-in idman proqramına daxil ediləcək

Boks idman növü 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramına daxil ediləcək.

Bu qərar bu gün Yunanıstanın Costa Navarino şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 144-cü iclasında təsdiqlənib.

Qeyd edək, Los-Anceles Olimpiadası 2028-ci il iyulun 14-dən 30-dək keçiriləcək.