Serbiyada təşkil olunan Gimnaziada İdman Oyunları gərgin idman mübarizəsi ilə davam edir. Yarışların üçüncü günündə Azərbaycan təmsilçiləri 11 müxtəlif idman növündə çıxış edəcəklər.
İdmançılarımız bu gün qılıncoynatma, qadın güləşi, şahmat, parabadminton, 3x3 formatında basketbol, üzgüçülük və paraüzgüçülük üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Eyni zamanda, taekvondo, stolüstü tennis, atletika və kamandan oxatma üzrə də ölkəmizi təmsil edən gənc idmançılar arenaya çıxacaqlar.