bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək

bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək

Aprelin 9-da bp Azərbaycan şirkəti ilə Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK) arasında mövcud tərəfdaşlığın müddətinin uzadılmasına dair rəsmi imzalanma mərasimi keçirilib. 

Yeni sazişə əsasən, bp 2028-ci ilin sonunadək ölkənin milli Olimpiya və Paralimpiya komandalarına dəstəyini davam etdirəcək.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, MPK-nın prezidenti Hidayət Abdullayev, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

bp ilə MOK və MPK arasında tərəfdaşlıq 2012-ci ilin yanvar ayında - London-2012 Yay Olimpiya Oyunları ərəfəsində qurulub. 

Tərəfdaşlıq bu illər ərzində bir neçə dəfə - 2013, 2016 və 2024-cü illərdə uzadılıb. 2028-ci ilə qədər uzadılan yeni saziş ölkədə idmanın inkişafına və idmançılara dəstəyin davam etdirilməsinə xidmət edəcək.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxışı zamanı bp-nin Azərbaycan idmanına göstərdiyi uzunmüddətli və ardıcıl dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, bu tərəfdaşlıq ölkənin idman həyatında önəmli rol oynamaqla yanaşı, Azərbaycan idmanının beynəlxalq arenada tanınmasına və mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verir.

"bp-nin Azərbaycandakı tarixi ilə Milli Olimpiya Komitəsinin tarixi üst-üstə düşür. 30 ilə yaxındır ki, Milli Olimpiya Komitəsi və bp Azərbaycan şirkəti paralel şəkildə böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycan idmanında xüsusilə də Olimpiya Oyunlarında böyük uğurlar qazanılıb. Əgər bp-nin uğurları iqtisadi nəticələrlə ölçülürsə, MOK-un uğurları da Olimpiya Oyunlarında qazanılan medallarla ölçülür. bp Azərbaycan şirkəti ilə əməkdaşlığımız London-2012 Yay Olimpiya Oyunlarından başlayıb. Həmin vaxtdan etibarən bp bütün Olimpiya Oyunlarında bizim yanımızdadır və bizimlə əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan məmnunluq duyuruq. İnanıram ki, bu əməkdaşlığı bundan sonra da davam etdirə bilərik. Hər üç tərəfə - Milli Olimpiya Komitəsinə, Milli Paralimpiya Komitəsinə və bp Azərbaycan şirkətinə minnətdarlığımı bildirirəm", - deyə Çingiz Hüseynzadə bildirib. 

Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev çıxışında bildirib ki, "bp-nin təşəbbüsü və dəstəyi paralimpiyaçıların hazırlıq imkanlarını genişləndirir və onların uğur qazanmasına töhfə verir.  

bp Azərbaycan şirkəti hər zaman sosial və ictimai layihələrdə yaxından iştirak edir. İdmana olan bu dəstək sayəsində paralimpiyaçılarımız müxtəlif yarışlarda uğurlara imza atıblar. Birgə əməkdaşlığa və dəstəyə görə bp şirkətinə minnətdarlığımızı bildiririk", - deyə Hidayət Abdullayev qeyd edib.

Mərasimdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət Azərbaycanda idmanın inkişafına uzunmüddətli dəstəyini davam etdirəcək:
"bp Azərbaycan şirkəti artıq 30 ildən çoxdur ki, neft-qaz sənayesinə töhfəsini verir. Bundan əlavə şirkətimiz sosial layihələrdə də fəal iştirak edir və idman sahəsinə də diqqət yetiririk. 2012-ci ildən başlayaraq, ölkənin Olimpiya və paralimpiya komandalarına dəstək göstərir, idmançılar üçün imkanlar yaradır və Azərbaycanın beynəlxalq arenada uğurlarında payımızın olması üçün çalışırıq. Bu tərəfdaşlıq çərçivəsində çalışırıq ki, Azərbaycan idmanına da kiçik bir töhfəmiz olsun. İnanıram ki, həyata keçirilən fəaliyyətlər bundan sonra da davam etdiriləcək”.

Çıxışlar başa çatdıqdan sonra bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və MPK-nın rəhbəri Hidayət Abdullayev ilə tərəfdaşlıq sazişi imzalayıb.

Qeyd edək ki, indiyədək bu tərəfdaşlıq çərçivəsində bp Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən London-2012, Bakı-2015 I Avropa Oyunları, Rio-2016, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, Tokio-2020 və Paris 2024 Oyunlarında iştirakını dəstəkləyib. 

Yeni tərəfdaşlıq sazişi bp-nin Azərbaycanda idmanın inkişafına verdiyi töhfənin davamı olaraq, qarşıdakı illərdə Olimpiya və Paralimpiya komandalarının uğurlarına daha böyük dəstək olacaq.

bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək bp Azərbaycan MOK və MPK ilə tərəfdaşlığını davam etdirəcək