Misli Premyer Liqasında XXXI turun oyunları yekunlaşdı

Misli Premyer Liqasında XXXI turun oyunları yekunlaşdı

Misli Premyer Liqasında XXXI turun son oyunu çərçivəsində "Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Qarşılaşma Bakı klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Zirə"nin heyətində Giorgi Papunaşvili 6-cı, Martins Junior 45+1-ci və Salifu Suma 89-cu dəqiqədə fərqləniblər. Qonaq komandanın yeganə qoluna isə 52-ci dəqiqədə Bobur Abdixolikov imza atıb.

Bu nəticə ilə xallarının sayını 61-ə yüksəldən "Zirə" turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Sumqayıt" isə 29 xalla səkkizinci sırada qərarlaşıb.