Paytaxtımız bədii gimnastika Dünya Kubokuna ev sahibliyi etdi
Olimpizm xəbərləri
20.04.2025, 23:53
Aprelin 18-20-də Milli Gimnastika Arenası növbəti dəfə möhtəşəm idman hadisəsinə - bədii gimnastika üzrə Dünya kubokuna ev sahibliyi edib. Artıq 9-cu dəfədir ki, ölkəmizdə keçirilən Dünya kubokunda 38 ölkənin ən istedadlı bədii gimnastları mübarizə aparıb. Üç gün davam edən Dünya kuboku zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi, eləcə də 5 lent, 3 lent və 2 top üzrə qrup hərəkətləri proqramlarında bacarıqlarını nümayiş etdiriblər. Kubokun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fatimə Şəfizadə ölkəmizin bu yarışlara ev sahibliyinin artıq gözəl bir ənənəyə çevrildiyini bildirib. O, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Gimnastika Federasiyası rəhbərliyinin idmana, xüsusilə gimnastikaya verdiyi böyük dəstəyin bu uğurların təməlində dayandığını xüsusi vurğulayıb. Fatimə Şəfizadə yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayaraq Dünya kuboku, AGF Trophy yarışını rəsmi olaraq açıq elan edib.
Açılış mərasimindən sonra “Gimnastika hamı üçün” növünü təmsil edən “Moonlight” komandası maraqlı və musiqili şou proqramı ilə çıxış edərək izləyicilərə unudulmaz anlar yaşadıb. Rəngarəng səhnə tərtibatı, kreativ kostyumlar və sinxron hərəkətlər açılışa xüsusi bədii dəyər qatıb.
Qeyd edək ki, üç gün davam edən yarışlara aprelin 20-də yekun vurulub. Yarışın sonunda ən çox icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası mükafatlandırılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Badmintonçularımız beynəlxalq turnirdə 17 medal qazanıblar
Bugün, 15:28 Olimpizm xəbərləri
-
"Barselona" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
Bugün, 13:34 Futbol
-
Azərbaycan Üzgüçülük Federasiyası beynəlxalq ekspertlə əməkdaşlığa başladı
Bugün, 13:22 Su idman növləri
-
Dünya çempionatında iki medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb
Bugün, 13:10 Cüdo
-
AVRO-2026: Bu gün daha iki qarşılaşma keçiriləcək
Bugün, 10:38 Voleybol
-
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxacaq
Bugün, 10:21 Futbol
-
Voleybol millimizdən Avropa çempionatında ardıcıl üçüncü qələbə
24.08.2026, 22:00 Voleybol
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol