ASA ilə AFFA arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görüş keçirilib

ASA ilə AFFA arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görüş keçirilib

Azərbaycan İdman Akademiyasında (ASA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Görüşdə AFFA-nı Baş katib Cahangir Fərəcullayev, onun müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, Assosiasiyanın Təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və “Azərloteraya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təmsil ediblər.

ASA-nın nümayəndə heyətində isə Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Məşqçilik proqramının rəhbəri İlqar Əliyev, dosent Namiq Quliyev, eləcə də proqram koordinatorları Cavid Cəlilov və Rüstəm Rüstəmli iştirak ediblər.

Tərəflər birgə layihələrin icrası, təhsil və idman sahəsində təcrübə mübadiləsi kimi müxtəlif əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, bu cür görüşlərin davamlı təşkili qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşün sonunda qonaqlar ASA-nın MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılmış müasir şəraitlə tanış olublar.