Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq
BOK
26.04.2025, 18:14
Aprelin 26-da Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (the Badminton World Federation – BWF ) 86-cı illik ümumi yığıncağı keçirilib.
Bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 143 ölkədən nümayəndə heyətinin iştirak etdiyi iclasda Azərbaycan Badminton Federasiyasının nümayəndə heyəti də dəvət olunub.
İllik yığıncaqda marketinq, kommunikasiya, maliyyə və sair komitələrin hesabatları dinlənilib. Çıxışlarda qeyd olunub ki, badminton idman növü dünyada uğur qazanmaqda davam edir. Belə ki, 2025-ci ildə yer kürəsində bu idman növünün pərəstişkarları (fan base) 744 milyon nəfər təşkil edir. 400 milyon insan badmintonla aktiv məşqul olur və hal-hazırda raketka ilə dünyada oynanılan ən məşhur idman növüdür. Sosial mediada isə BWF 17 milyon insan tərəfindən izlənilməklə yanaşı FIFA, FIBA ilə bərabər ən çox izlənilən 10 federasiyasından biridir.
Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.
BWF-in mövcud qaydalarına görə 20 yeni seçilmiş Şura üzvləri qurumun inkişaf strategiyası, komitə rəhbərlərini, daxili və xarici nizamnamə qaydalarını müəyyən edəcəklər.
Tailand Badminton Federasiyasının prezidenti KhunyinqPatama Leesvadtrakul Dünya Badminton Federasiyasının Prezidenti seçilib. Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası son illərdə dünya reytinqində 85-ci yerdən 46-cı yerə yüksəlməyə müvəffəq olub və davamlı olaraq müxtəlif səviyyəli beynəlxalq badminton turnirlərinə ev sahibliyi edir.
2023-cü ildə Avropa Badminton Konfederasiyasının (BEC) konqresi Bakıda keçirilib. Azərbaycan Badminton Federasiyası sosial məsuliyyət çərçivəsində BWF ilə 2023-cü ildə imzalanan razılaşmaya əsasən Afrika ölkələrində badmintonun inkişafı və kütləviliyinə dəstək məqsədilə Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarın badminton qurumlarını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təchiz etmişdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Bugün, 16:48 MOK
-
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Yay İdman Festivalı keçiriləcək
Bugün, 15:21 Olimpiya dünyası
-
“Judo Club 2012”nin yetirmələri beynəlxalq turnirin mükafatçıları sırasında
Bugün, 13:04 Cüdo
-
Boksçularımız Avropa çempionatına hazırlığın son mərhələsi üçün Gürcüstana yollanıb
Bugün, 12:10 Boks
-
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Bugün, 12:00 Gündəm
-
“Sabah” Çempionlar Liqasının tarixinə düşüb
Bugün, 11:52 Futbol
-
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Bugün, 11:09 Gündəm
-
Millimiz bu gün AVRO-2026 çərçivəsində Belçika yığması ilə qarşılaşacaq
Bugün, 10:05 Voleybol
-
AFFA prezidenti "Sabah"ı təbrik edib
Bugün, 01:50 Futbol
-
"Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
25.08.2026, 23:30 Gündəm
-
Badmintonçularımız beynəlxalq turnirdə 17 medal qazanıblar
25.08.2026, 15:28 Olimpizm xəbərləri
-
"Barselona" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
25.08.2026, 13:34 Futbol
-
Azərbaycan Üzgüçülük Federasiyası beynəlxalq ekspertlə əməkdaşlığa başladı
25.08.2026, 13:22 Su idman növləri
-
Dünya çempionatında iki medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb
25.08.2026, 13:10 Cüdo
-
AVRO-2026: Bu gün daha iki qarşılaşma keçiriləcək
25.08.2026, 10:38 Voleybol
-
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxacaq
25.08.2026, 10:21 Futbol
-
Voleybol millimizdən Avropa çempionatında ardıcıl üçüncü qələbə
24.08.2026, 22:00 Voleybol
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol