Paytaxtımız daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək
BOK
03.05.2025, 10:34
Mayın 30-31-də Bakı Su İdmanı Sarayında kəndirlə mübarizə idman növü üzrə "Turan Kuboku" beynəlxalq turniri keçiriləcək. Olimpnews.az xəbər verir ki, Avropa və Beynəlxalq Kəndirlə Mübarizə federasiyalarının dəstəyi ilə keçiriləcək yarışın açılış mərasimi mayın 30-da baş tutacaq. Turnirin əsas yarışları isə mayın 31-də başlayacaq. Həmin gün 23 yaşadək gənclər, böyüklər, eləcə də qarışıq komandalar arasında mübarizəyə start veriləcək. Artıq Azerbaycanla yanaşı, Türkiyə, Almaniya, Qazaxıstan, İran, Gürcüstan və Banqladeş komandalarının yarışda iştirak üçün müraciəti təsdiq edilib. Turnirin təşkilatçısı Kəndirlə Mübarizə İdman Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri, Avropa Kəndirlə Mübarizə Federasiyasının birinci vitse-prezidenti, beynəlxalq dərəcəli idman ustası və beynəlxalq dərəcəli hakim Elnur Şıxəliyev turnirlə bağlı danışarkən qeyd edib ki, Özbəkistan, Qırğızıstan və Türkmənistan komandalarına da dəvət göndərilib. O, bildirib ki, "Turan Kuboku" əsasən türkdilli ölkələrin yarışı olsa da, açıq turnir xarakteri daşıyır. "“Turan Kuboku" yalnız idman yarışı olmaqla kifayətlənmir, həm də Türk dünyasının birliyini təcəssüm etdirəcək. Yarış üçün xüsusi rəmzi açar da hazırlanıb. Ənənəvi xarakter daşıyacaq turnir növbəti il Türkiyədə keçiriləcək və simvolik açar qardaş ölkəyə təhvil veriləcək. Tədbirin təşkilinə Avropa Kəndirlə Mübarizə Federasiyası tərəfindən dəstək verilib və yarış federasiyaların rəsmi saytlarında da elan olunub. Bu mötəbər tədbirin Bakıda təşkili Azərbaycanda kəndirlə mübarizə idman növünün inkişafında mühüm mərhələ olacaq",- deyə Elnur Şıxəliyev bildirib. Qeyd edək ki, mayın 30-da açılış mərasimindən əvvəl hakimlər və məşqçilər üçün beynəlxalq seminar da keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
Bugün, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
Bugün, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
Bugün, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
Bugün, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
İtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir
09.09.2026, 17:49 MOK
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol