Bacı-qardaş 7 ildən sonra geri qayıdırlar

Bacı-qardaş 7 ildən sonra geri qayıdırlar

BOK

10.05.2025, 22:12

Buz üzərində rəqs üzrə ikiqat Olimpiya mükafatçıları Maya və Aleks Şibutani karyeralarını bərpa etmək qərarına gəliblər.

"Olimpnews.az"ın məlumatına görə, xəbəri ABŞ Fiqurlu Konkisürmə Assosiasiyasının mətbuat xidməti yayıb.  Bacı-qardaş konkisürənlər 2025/26 Olimpiya mövsümündə məşqçilər Marina Zueva və Massimo Skalinin rəhbərliyi altında iştirak edəcəklər.  Məlumat üçün bildirək ki, Maya və Aleks 2017/18 mövsümünün sonundan bəri turnirlərdə iştirak etmirdilər. Səbəb isə 2019-cu ildə Mayanın böyrəyindən keçirdiyi əməliyyat olub. “Bu yeddi il bizi hər cür sınaqla üz-üzə qoydu. Mən çox xoşbəxtəm ki, indi sağlamam. Geri qayıtmaq istəyirəm”, - Reuters Maya Şibutanidən sitat gətirib. Qeyd edək ki, Pxençxan-2018 Qış Olimpiya Oyunlarının qalibi olan Şibutanilər 2023-cü ildə ABŞ Fiqurlu Konkisürmə Şöhrət Zalına daxil edilib.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR