7 qolun vurulduğu “El-Klasiko”da “Barselona” qələbə qazandı
Olimpizm xəbərləri
11.05.2025, 21:01
Futbol üzrə İspaniya La Liqasının 35-ci turu “EL-Klasiko” ilə yadda qalıb. "Olimpnews.az" xəbər verir ki, “Lluis Kompanys Olimpiya” stadionunda keçirilən əzəli rəqiblərin budəfəki mübarizəsində də qazanan tərəf “Barselona” klubu olub. Oyuna Madrid təmsilçisi yaxşı başlayıb. Mbappe 5-ci və 14-cü dəqiqələrdə fərqlənərək komandasını hesabda önə keçirsə də, kataloniyalılar matçda geridönüş etməyi bacarıblar. Hans Flikin komandası əvvəlcə Erik Qarsiyanın 19-cu dəqiqədə vurduğu qolla hesabı minimuma endirib. Daha sonra Lamin Yamal (32-ci dəqiqə) və Rafinya (34) fərqlənərək kataloniyalıları hesabda irəli çıxarıb. İlk hissənin sonlarına yaxın “Barselona” daha bir dəfə “Kral klubu”nun qapısına yol tapıb. Rafinya 45-ci dəqiqədə özünün ikinci, komandasının isə dördüncü qolunun müəllifi olub. Karlo Ançelotinin komandası ikinci hissədə vəziyyəti xeyirlərinə dəyişməyə çalışsa da, yalnız bir dəfə fərqlənməyi bacarıb. Fransalı hücumçu Kilian Mbappe 70-ci dəqiqədə het-triklə yadda qalıb. Bu, oyunda son qol olub və “Barselona” əzəli rəqibi “Real Madrid”i 4:3 hesabı ilə məğlub edərək çempionluq yolunda mühüm addım atıb. Çempionatın sonuna üç tur qalmış liderliyini davam etdirən Kataloniya təmsilçisi Madrid “Real”ını 7 xal qabaqlayır. Hans Flikin komandasının aktivində 82, “Real Madrid” klubunun isə 75 xalı var. Mayın 15-də “Espanyol”la oyunda qələbə qazanacağı təqdirdə “Barselona” klubu La Liqa çempionluğunu təmin edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026-da daha dörd oyun keçiriləcək
Bugün, 19:36 Futbol
-
Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək
Bugün, 19:22 Cüdo
-
"Qarabağ" Medina ilə yollarını ayırdı
Bugün, 16:05 Futbol
-
5-ci LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib
Bugün, 15:46 Şahmat
-
"Böyük Dəbilqə"də 17 cüdoçumuz iştirak edəcək
Bugün, 15:36 Cüdo
-
"Sabah"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
Bugün, 15:15 Futbol
-
Media və Yayım Şurasının yaradılmasının strateji səbəbləri
Bugün, 14:51 Gündəm
-
Boksçularımız Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
Bugün, 14:15 Boks
-
Basketbol millimiz Tbilisidə iki qələbə qazanıb
Bugün, 13:47 Basketbol
-
Tunis Qran-prisində gümüş medal
Bugün, 10:52 Olimpiya dünyası
-
Balkan çempionatında 7 atletimiz iştirak edəcək
Bugün, 10:44 Atletika
-
Avstriya DÇ-2026-ya qələbə ilə başladı
Bugün, 10:29 Futbol
-
Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
Bugün, 10:05 Formula 1
-
Bakıda keçiriləcək UFC turniri üçün Bakıya 70-ə yaxın ölkədən azarkeş gələcək
16.06.2026, 12:04 Gündəm
-
Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
16.06.2026, 11:36 Olimpiya dünyası
-
Azərbaycan Güləş Federasiyasında yenilik
16.06.2026, 11:27 Gündəm
-
XXIX "Şahin" hərbi-idman oyununun final mərhələsi keçirilib
16.06.2026, 11:09 Olimpiya dünyası
-
"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
16.06.2026, 10:56 Futbol
-
Avropa Liqası: Bu gün "Qarabağ"ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
16.06.2026, 10:05 Futbol
-
Bu gün "Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək
16.06.2026, 09:18 Futbol
-
İran və Yeni Zelandiya yığmalarının oyunu heç-heçə yekunlaşdı
16.06.2026, 09:00 Futbol
-
DÇ-2026-da növbəti bərabərlik
16.06.2026, 08:46 Futbol
-
DÇ-2026: Belçika Misir oyununda qalib müəyyənləşmədi
16.06.2026, 01:00 Futbol
-
"Turan Tovuz"un Konfrans Liqası ilə bağlı şikayətini təmin edilmədi
16.06.2026, 00:08 Futbol
-
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
15.06.2026, 00:06 Gündəm
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
15.06.2026, 00:01 Gündəm
-
AOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
13.06.2026, 23:20 MOK
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol