Bakıda autizmli uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə festival keçirilib - FOTO
BOK
17.05.2025, 13:40
Mayın 17-də paytaxtın Fəvvarələr meydanında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və Azfest Qrupun təşkilatçılığı ilə V Autizm Festivalı keçirilib. Olimpnews.az xəbər verir ki, festivalın keçirilməsində məqsəd autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası yolunda görülən işləri nümayiş etdirməkdən ibarət olub. Festivalın rəsmi hissəsində dövlət rəsmiləri, Milli Məclisin deputatları və tanınmış ictimai xadimlər iştirak ediblər. Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli ənənəvi festivalın V dəfə təşkil olunduğunu diqqətə çatdırıb. Festivalın məqsədləri barədə danışan qurum rəsmisi iştirakçıların hər birinə uğurlar arzulayıb. Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti, millət vəkili Vüqar İsgəndərov çıxışında festivalın keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, cəmiyyətimizdə autizm spektri ilə bağlı maarifləndirmə işlərinin daha da artırılmasının vacibliyini önə çəkib. Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə Azərbaycan Autizm Assosiasiyasının bu sahədə gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd edərək autizmli fərdlərin cəmiyyətə inteqrasiyası üçün belə təşəbbüslərin mühüm rol oynadığını deyib. Tədbirdə istedadlı və yaradıcı uşaqların iştirak etdiyini qeyd edən millət vəkili onlara göstərilən diqqət və qayğıya görə hər kəsə minnətdarlığını bildirib. Millət vəkili Azər Allahverənov isə bu istiqamətdə çalışan cəmiyyətlərin bir-biri ilə yaxın təmasda əməkdaşlıq etmələrinin vacibliyini qeyd edib. O, Autizm Festivalının cəmiyyət üzvlərinin əl işləri və uğurlarını nümayiş etdirməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, hər il festivala yeni mərkəzlər qoşulur. Festival çərçivəsində əldə olunan bilik və bacarıqlar iştirakçıların tanıdılmasına, həmçinin gələcək uğurlarına zəmin yaradır. Qeyd edək ki, festivalda ölkə üzrə fəaliyyət göstərən autizm mərkəzləri bir araya gəlib. Burada autizmli uşaqların əl işləri, təlimçilərin reabilitasiya proqramları nümayiş olunub. Tədbirdə autizmli uşaqlar və onların ailələri də fəal iştirak ediblər. Festival, həmçinin bu kateqoriyadan olan şəxslərin bacarıqlarının nümayiş etdirilməsi və onların sosial həyatda fəal iştirakına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
Bugün, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
Bugün, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
Bugün, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
Bugün, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Bugün, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
Bugün, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
Bugün, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Bugün, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
Bugün, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
Bugün, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Bugün, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Bugün, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
Bugün, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
Bugün, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma
-
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
01.09.2026, 11:55 Futbol
-
Mudrik "Tottenhem"də
01.09.2026, 11:45 Futbol
-
İdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
01.09.2026, 11:36 AMADA
-
Robert Sançes İtaliyaya yollanır
01.09.2026, 10:46 Futbol
-
Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
01.09.2026, 10:00 Voleybol
-
"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
01.09.2026, 02:07 Futbol