"Barselona" Niko Uilyamsla razılıq əldə etdi

"Barselona" Niko Uilyamsla razılıq əldə etdi

İspaniyanın "Barselona" klubu "Atletik"in cinah yarımmüdafiəçisi Niko Uilyamsla 2031-ci ilə kimi ilkin razılıq əldə edib. 

Olimpnews.az barcablaugranes.com-a istinadən xəbər verir ki, keçən həftə ispaniyalı futbolçunun agentinin danışıqlar üçün Deko ilə görüşdüyü məlum olduqdan sonra transfer çalışmararı sürətlənib. 22 yaşlı futbolçu mövsüm başına 12 milyon avro qazanacaq.

Futbolçunun sərbəstqalma məbləği 58 milyon avrodur.