Skopye-2025: Daha iki cüdoçumuz festivala qələbə ilə başladı

Skopye-2025: Daha iki cüdoçumuz festivala qələbə ilə başladı

BOK

23.07.2025, 14:22

Skopye-2025 çərçivəsində keçirilən cüdo yarışları davam edir.  Olimpnews.az xəbər verir ki, bu gün komandamızın daha iki üzvü -  Nuranə Hacızadə (-48 kq) və Aysun Məmmədova (-52 kq) mübarizəyə başlayıb.  Yarışa 1/8 finaldan başlayan Nuranə Hacızadə serbiyalı Mara Rasiçə ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.  Digər cüdoçumuz Aysun Məmmədova isə 1/8 finalda ukraynalı Yelizaveta Yemelyanovanı məğlub edib.  Qeyd edək ki, daha əvvəl, Avropa çempionumuz Zeyd Ələsgərov 1/8 final mərhələsində italiyalı rəqibinə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdı. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR