Belçika millisinin və "Napoli"nin mərkəz hücumçusu Romelu Lukaku bildirib ki, özünə örnək bildiyi futbolçu onun uğurlarında böyük pay sahibi olub. "Mən 34 yaşında "Qızıl top"u qazanan Kərim Benzemanı özümə örnək hesab edirəm. Uğur qazanmaq üçün irəliyə baxmaq lazımdır. Benzema bunu bacardısa, deməli mən də bacaracağam", - deyə La Gazzetta dello Sport forvardın sözlərindən sitat gətirib.
Qeyd edək ki, 32 yaşlı Lukaku ötən mövsüm İtaliya A seriyasında 36 oyun keçirib. Həmin görüşlərdə 14 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.