"Mançester Yunayted" keçmiş qapıçısı David De Xeanı komandaya qaytarmaq fikrini nəzərdən keçirir.
Olimpnews.az The Sun-a istinadən xəbər verir ki, Andre Onana ilə bağlı yaranmış münasibətlər klub rəsmilərini buna vadar edir.
Qeyd edək ki, “Fiorentina” ilə son yoldaşlıq oyunundakı çıxışında yüksək ustalıq göstərən ispaniyalı əvvəl "Mançester Yunayted"də on iki mövsüm keçirib. 34 yaşlı ispaniyalının "bənövşəyilər"lə müqaviləsində futbolçunun nisbətən az məbləğə ayrılmasına icazə verən bənd var.