«Kurtua zədələnsə, qapıçı kimi də oynayardım»

«Kurtua zədələnsə, qapıçı kimi də oynayardım»

Madrid "Real"ının hücumçusu Qonzalo Qarsiya meydanda başqa mövqelərdə oynamaq istəyi ilə bağlı sualı cavablandırıb.
"Biz hamımız komandaya kömək etməyə, bacardığımız yerdə oynamağa və istənilən mövqedə oynamağa hazırıq. Kurtua zədələnsə, mən hətta müdafiəçi, yarımmüdafiəçi və ya qapıçı kimi də oynayardım (gülür)", - deyə «Cadena SER» portalı Qarsidan sitat gətirib.
Qeyd edək ki, 21 yaşlı forvard bu mövsüm bütün turnirlərdə altı matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Qarsiyanın hazırkı müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.