Avropa çempionatında daha 5 boksçumuz 1/4 finala vəsiqə qazanıb
Olimpizm xəbərləri
20.10.2025, 13:42
Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir. 32 ölkədən 369 idmançının iştirak etdiyi yarışın ikinci günündə Azərbaycan millisinin daha 5 üzvü 1/4 finala vəsiqə qazanıb. Olimpnews.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Babək Abdullayev (40 kq) 1/8 finalda Unai Lopes Kasalı (İspaniya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Etan Munronu (Şotlandiya) sınağa çəkəcək. Onur Qurbanov (42 kq) Mikolaj Rondosdan (Polşa) güclü olub – 4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27). Boksçumuz 1/4 finalda Arkan Zoubi (İsrail) ilə gücünü yoxlayacaq. Vaqif Məhəmmədli (44 kq) də rinqdən qalib ayrılıb. O, Kristian Varadi (Macarıstan) ilə döyüşü aktivinə yazıb. Təmsilçimiz 1/4 finalda Tomas Katanaçla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək. Elcan Musazadə (50 kq) Avropa çempionatında ikinci qələbəsini rəsmiləşdirib. Milli üzvü bu dəfə Vladimir Xvistanidən (Gürcüstan) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27). O, yarımfinala gedən yolda Tobais Viçeniklə (Çexiya) üz-üzə gələcək. Amid Ələkbərov (60 kq) isə vaxtından əvvəl görüşü xeyrinə bitirib. Boksçumuz Maksim Stetsə (Estoniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Ələkbərov 1/4 finalda İsmayıl İsmayılovla (Ukrayna) qüvvəsini sınayacaq. Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
Bugün, 11:22 Olimpiya dünyası
-
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
Bugün, 11:01 Boks
-
Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21.11.2026, 20:28 Gündəm
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
21.11.2026, 20:20 Cüdo
-
Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
20.11.2026, 14:46 Güləş
-
Parataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
20.11.2026, 13:08 Taekvondo
-
Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
20.11.2026, 12:38 Gündəm
-
Prezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
20.11.2026, 12:09 Olimpizm xəbərləri
-
U-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
20.11.2026, 11:20 Futbol
-
Bakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
19.11.2026, 22:52 Olimpiya dünyası
-
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
19.11.2026, 18:30 Su idman növləri
-
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
19.11.2026, 18:16 Futbol
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17.11.2026, 09:33 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17.11.2026, 08:20 Gündəm
-
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
17.11.2026, 00:35 Gündəm
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
12.11.2026, 17:48 Olimpiya oyunları
-
Azərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
12.11.2026, 17:30 Gündəm
-
Boksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
12.11.2026, 16:13 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
12.11.2026, 13:26 Olimpiya oyunları
-
Azərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü
12.11.2026, 12:59 Olimpiya dünyası