Parisdə təşkil olunan usta cüdoçular arasında dünya çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan komandası aktivinə qızıl medal yazdırıb. Komandamıza qızıl medalı Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin rəisi Movlud Mirəliyev (M5, -100 kq) qazandırıb. Mübarizəyə 1/32 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Braziliya, Fransa, Kanada, İspaniya və Gürcüstan idmançılarına qalib gələrək finala vəsiqə əldə edib. Həlledici görüşdə portuqaliyalı Joa Santosa da qalib gələn Mövlud Mirəliyev dünya çempionatının qalibi kimi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Vüqar Babayev (M3, -66 kq), Azər Əsgərov (M6, -100 kq), Qurban Məmmədli (M2, -100 kq) və Zaur Bağırov (M4, +100 kq) komandamıza bürünc medallar qazandırmışdı.
Usta cüdoçular arasında dünya çempionatına noyabrın 7-də yekun vurulacaq.


