AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
BOK
14.11.2025, 12:37
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə "Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri" mövzusunda qapalı dəyirmi masa keçirilib.
Olimpnews.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
Tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində baş tutub.
Tədbirdə dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ümumdünya Antidopinq Agentliyinin (WADA) və müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbərləri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov dəyirmi masanın əhəmiyyətini vurğulayaraq bildirib ki, qadağan olunmuş maddələrlə mübarizədə institusional əməkdaşlığın gücləndirilməsi mövcud çağırışlar fonunda xüsusi önəm daşıyır. Tədbirin Dövlət Proqramı çərçivəsində keçirilməsi dövlət qurumları, hüquq-mühafizə orqanları və beynəlxalq tərəfdaşlar arasında koordinasiya və məlumat mübadiləsinin daha da gücləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Antidopinq sahəsində səmərəli əməkdaşlıq idmanda ədalət prinsipinin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətin sağlam həyat tərzinə təşviq olunmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə dəyirmi masanın ölkəmizdə antidopinq sisteminin dayanıqlılığının və effektivliyinin artırılmasına mühüm töhfə verəcəyini bildirib. Vurğulayıb ki, Dövlət Proqramından irəli gələn məsələlər dövlət qurumları, hüquq-mühafizə strukturları və beynəlxalq antidopinq təsisatları arasında əməkdaşlığın yeni mərhələyə daşınması baxımından böyük əhəmiyyət kəsb edir. AMADA məlumat və təhqiqat mübadiləsinin genişləndirilməsi, risklərin proaktiv idarə edilməsi, eləcə də qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
Dəyirmi masanın növbəti hissəsində WADA-nın Təhqiqat şöbəsinin rəhbəri Mathieu Holz, Almaniya Milli Antidopinq Agentliyinin İcraiyyə Şurasının sədri Lars Mortsiefer, Polşa Antidopinq Agentliyinin direktor müavini Hubert Dziudzik, "Sportradar"ın Risk və təhqiqatlar şöbəsinin baş meneceri Niall Murphy və digərləri çıxış edərək ali antidopinq qurumunun yerli hüquq-mühafizə orqanları və hökumətlərlə əməkdaşlıq mexanizmləri, mövcud beynəlxalq təcrübələr, təhqiqat və məlumat mübadiləsinin gücləndirilməsi istiqamətində fikirlərini bölüşüblər.
Müzakirələr zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, gənclərin zərərli təsirlərdən qorunması üçün maarifləndirmə işlərinin gücləndirilməsi, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin önəmi və beynəlxalq antidopinq təhsil mərkəzinin yaradılması kimi mövzulara xüsusi önəm verilib.
Tədbirin sonunda antidopinqdə təhqiqat, testlərin gücləndirilməsi, təmiz idmanın təşviqi, gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, AMADA-nın aidiyyəti dövlət qurumları ilə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Şahin" hərbi-idman oyunu üzrə Yasamal rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Bugün, 21:17 Olimpiya dünyası
-
MOK-da Azərbaycan Kino Agentliyi ilə görüş keçirilib
Bugün, 15:41 MOK
-
Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub
Bugün, 13:19 Futbol
-
Millimiz Dünya Kubokunda altıncı oldu
Bugün, 11:32 Olimpiya dünyası
-
Pəhləvanlarımız qitə birinciliyini 10 medalla başa vurdular
Bugün, 09:27 Gündəm
-
Azərbaycan millisinin növbəti rəqibi bəlli olub
23.05.2026, 18:51 Futbol
-
Media nümayəndələri Şamaxıda güləş zalı və məşq prosesi ilə tanış olublar
23.05.2026, 13:19 Güləş
-
Beynəlxalq güləş qaydaları kitabının təqdimatı olub
23.05.2026, 12:35 Güləş
-
Beynəlxalq Güləş Günündə Şamaxıda media üçün seminar keçirilib
23.05.2026, 12:16 Güləş
-
Misli Premyer Liqasında sonuncu turun daha iki oyunu keçiriləcək
23.05.2026, 10:02 Futbol
-
"Barselona"nın əfsanəsi məşqçiliyə başlayır
23.05.2026, 09:35 Futbol
-
23 May - Beynəlxalq Güləş Günüdür
23.05.2026, 09:08 Güləş
-
Modriç gələcəyi barədə danışdı
23.05.2026, 08:47 Futbol
-
"Lans"dan tarixi zəfər
23.05.2026, 08:30 Futbol
-
"Judo Club 2012"dən növbəti uğur
23.05.2026, 08:06 Cüdo
-
"Trabzonspor" 10-cu dəfə Türkiyə Kubokunun qalibi oldu
23.05.2026, 01:28 Futbol
-
Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu
22.05.2026, 22:32 Güləş
-
İki guləşçimiz Avropa çempionatının finalında
22.05.2026, 22:22 Güləş
-
"Qarabağ" mövsümə qələbə ilə yekun vurdu
22.05.2026, 21:33 Futbol
-
Kamandan oxatma üzrə ölkə birinciliyi keçiriləcək
22.05.2026, 15:45 Olimpiya dünyası
-
AŞF-nin yeni loqosu təqdim edilib
22.05.2026, 15:36 Şahmat
-
Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi yekunlaşdı
22.05.2026, 15:09 Olimpiya dünyası
-
Bakıda "SPLASH for Swimmable Cities" tədbiri keçirilib
22.05.2026, 13:00 Olimpiya dünyası
-
Azərbaycan Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib
22.05.2026, 12:29 Şahmat
-
Parakarateçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
22.05.2026, 11:09 Olimpiya dünyası
-
Olimpiya çempionları yeniyetmə və gənc güləşçilərlə görüşüblər
21.05.2026, 15:44 Olimpiya dünyası
-
Misli Premyer Liqasında sonuncu tura start verilir
21.05.2026, 10:06 Futbol
-
Azərbaycan stolüstü tennisçisi rəsmən Dünya rekordçusudur
20.05.2026, 20:22 Gündəm
-
ATF-nin iki nümayəndəsinə Avropa Taekvondo Birliyində vəzifə verilib
20.05.2026, 16:17 Taekvondo
-
Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər
20.05.2026, 14:13 Şahmat
-
Stolüstü tennisçilər Tacikistana yollanıblar
20.05.2026, 12:22 Tennis
-
Elgün Əlizadə məşqçilik kursunu uğurla başa vurub
20.05.2026, 11:54 Velosiped
-
“Zirvəyə doğru – Qazax 2026”
20.05.2026, 11:22 Olimpiya dünyası
-
Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək
20.05.2026, 10:06 Futbol