VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 1 gümüş medalla başa vurdular - GÜNÜN YEKUNLARI
BOK
16.11.2025, 00:57
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha bir yarış gününə yekun vurulub. Olimpnews.az xəbər verir ki, Oyunların 12-ci günündə Azərbaycan idmançıları 4 idman növündə (duatlon, taekvondo, uşu, həndbol) çıxış ediblər. Komandamız günü bir gümüş medalla başa vurub. Yeganə medalı ölkəmizə taekvondoçumuz Minayə Ələkbərova (46 kq) qazandırıb. Mübarizəyə 1/4 finaldan başlayan idmançımız Miar Qabaha (Fələstin) və Farah Touzaniyə (Mərakeş) qalib gələrək finala vəsiqə əldə edib. Həlledici görüşdə iranlı rəqibi Sayma Karimirahyerdiyə məğlub olan Minayə Ələkbərova fəxri kürsünün ikinci pilləsində yer alıb. Bu, idmançımızın İslam Həmrəyliyi Oyunlarında ikinci medalı olub. O, Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında da gümüş medala sahib çıxmışdı. Taekvondo yarışlarının ilk günündə dayanq üzərinə çıxan digər taekvondoçularımızdan Cavad Ağayev (74 kq), Bəhruz Quluzadə (54 kq) və Məryəm Məmmədova (57 kq) isə Oyunları medalsız başa vurublar. Bu gün həmçinin uşu idman növü üzrə yarışlara da start verilib. İlk yarış günündə 5 idmançımız mübarizəyə başlasa da, onlardan Elçin Eminov (60 kq) yarımfinala vəsiqə qazana bilib. 1/8 finalda əfqanıstanlı Şamsuddin Hacızadəyə qalib gələn idmançımız növbəti mərhələdə yəmənli Talal Əlnüvasdan üstün olaraq yarımfinala vəsiqə əldə edib. Təmsilçimiz finala vəsiqə uğrunda görüşdə Yusif Xalid Basyonı Məhəmməd Hamoda (Misir) ilə qarşılaşacaq. Həmzə Rəsulzadə (70 kq) isə 1/8 finalda Banqladeş idmançısına qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı rəqibinə məğlub olub. Digər idmançılarımızdan Xalidə Mirzəyeva (56 kq) Banqladeş, Mirfatimə Azərpur (70 kq), Türkiyə, Elvin Abbasov (85 kq) isə İran İslam Respublikasının təmsilçisinə ilk görüşdə uduzub. Bu gün həmçinin, həndbol yarışlarına da start verilib. Azərbaycanın həndbol millisi İslamiadada ilk oyununu Özbəkistan komandasına qarşı keçirib. Şahzadə Faysal bin Fahad adına olan Olimpiya Kompleksində keçirilən görüş Özbəkistan millisinin 28:26 hesablı qələbəsi ilə yekunlaşıb. Duatlon yarışlarının son günündə isə ölkəmizi təmsil edən Toğrul Məmmədli mübarizə aparıb. Təmsilçimiz çıxışını 13-cü sırada başa vurub. Yarışın birinci günündə komandamızın digər üzvü Leyla Əbdüləzizova yarışı 10-cu sırada yekunlaşdırmışdı.
Hazırda komandamızın aktivində 40 (5 qızıl, 14 gümüş, 21 bürünc) medal var. Komandamız bu nəticə ilə 8-ci pilədə qərarlaşıb. Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
15.05.2026, 22:38 Güləş
-
Üç sərbəst güləşçimuz U-17 Avropa çempionatının finalında
15.05.2026, 22:08 Gündəm
-
Vitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb - FOTO
15.05.2026, 21:52 Su idman növləri
-
"Araz-Naxçıvan"dan inamlı qələbə
15.05.2026, 21:43 Futbol
-
IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş olub
15.05.2026, 20:26 Futbol
-
UFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı
15.05.2026, 12:13 Gündəm
-
UEFA lisenziyalı məşqçilik kursları üçün təlim
15.05.2026, 11:51 Futbol
-
AİA-da şəhər mühitində fiziki aktivlik və idman infrastrukturuna dair beynəlxalq simpozium keçirilib
15.05.2026, 11:26 Futbol
-
Misli Premyer Liqasında XXXII tur başlayır
15.05.2026, 10:12 Futbol
-
Naxçıvanda respublika birinciliyi keçirilib
14.05.2026, 23:33 Boks
-
Stolüstü tennisçimiz beynəlxalq turnirdə fərqləndi
14.05.2026, 23:01 Gündəm
-
Güləşçilərimizin Los-Anceles-2028 yolu müəyyənləşdi
14.05.2026, 22:58 Olimpizm xəbərləri
-
Cüdoçularımız Avropa çempionatında çıxış edəcəklər
14.05.2026, 22:53 Cüdo
-
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
14.05.2026, 21:55 Taekvondo
-
Paralimpiya çempionumuz xüsusi mükafata layiq görülüb
14.05.2026, 21:29 Olimpizm xəbərləri
-
Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı
14.05.2026, 21:02 Gündəm
-
3 qadın güləşçimiz Avropa üçüncüsü ola bilər
14.05.2026, 20:39 Güləş
-
"AGF Trophy” turnirinin ilk gün yekunlaşdı
14.05.2026, 19:47 Gimnastika
-
Yüksək Liqada bürünc mükafatçı müəyyənləşdi
14.05.2026, 18:44 Futbol
-
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
14.05.2026, 15:09 Olimpiya dünyası
-
9 ildən sonra
14.05.2026, 13:38 Futbol
-
"Bakı–Xankəndi" yarışının V mərhələsinin qalibi müəyyənləşib
14.05.2026, 13:12 Velosiped
-
“Sabah” - tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı
14.05.2026, 13:07 Futbol
-
"Neftçi"nin apellyasiya şikayəti təmin edilməyib
14.05.2026, 12:30 Futbol
-
"İnter" 10-cu dəfə İtaliya Kubokunu qazandı
14.05.2026, 11:50 Futbol
-
Futzal turnirinə yekun vurulub
14.05.2026, 11:26 Futbol
-
Messi yenə təəccübləndirdi
14.05.2026, 11:06 Futbol
-
PSJ 14-cü dəfə Fransa çempionu oldu
14.05.2026, 10:40 Futbol
-
Levandovski "Barselona"nı tərk edir
14.05.2026, 10:15 Futbol
-
AGF-də yeni komitə təsis edilib
14.05.2026, 09:17 Güləş
-
"Bakı–Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq
14.05.2026, 08:06 Velosiped
-
"Sabah" klubu mükafatlandırıldı
13.05.2026, 23:04 Futbol
-
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
13.05.2026, 22:30 Gündəm
-
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu
13.05.2026, 22:00 Futbol