“Judo Club 2012”də aykido üzrə beynəlxalq seminar keçirilib
Olimpizm xəbərləri
18.11.2025, 22:49
Noyabrın 15-16-da Bakıda aykido idman növü üzrə beynəlxalq seminar təşkil olunub. Azərbaycan Avrasiya Aykido və Budo Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminar “Judo Club 2012”nin məşq zalında baş tutub. Seminarda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Slovakiya və İsraildən dəvət olunan mütəxəssislər iştirak ediblər. Açılış mərasimində “Judo Club 2012”nin texniki direktoru Fariz Mehdiyev, klubun cüdo bölməsi üzrə baş məşqçisi İmran İmanov və digər məşqçilər də iştirak ediblər. Təcrübəli mütəxsəssislər aykido idman növü üzrə nəzəri-praktik xüsusiyyətləri izah edib, bir sıra fəndlərin icrasını nümayiş etdirib və iştirakçıların suallarını cavablandırıblar. Klubun geniş zalında toplaşan 100-dən çox müxtəlif yaş qruplarından olan idmançılar aykido üzrə nümayiş olunan fəndləri böyük maraqla izləyiblər. Seminar həm yerli məşqçilərin hazırlıq səviyyəsinin artırılması, həm də yeniyetmə və gənclərin döyüş sənətlərinə marağının gücləndirilməsi baxımından əhəmiyyətli olub. Məşq zalında yaranan müsbət enerji və idman ruhu tədbiri yadda qalan edib. Seminarın əsas təşkilatçısı, Avrasiya Aykido Təşkilatının texniki direktoru Nebi Vural Bakıda keçirilən tədbirdən məmnunluğunu bildirib: “Bu, Bakıya ilk səfərim deyil. Təşkilatımız 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərir və hər il Bakıya gəlirəm. Türkiyədən 40-dan çox iştirakçı bu seminara qatılıb. Təşkilatımız hər bir idmançı üçün açıqdır və bildiklərimizi məmnuniyyətlə paylaşırıq”, - deyə təcrübəli ustad vurğulayıb. Azərbaycan Avrasiya Aykido və Budo Mərkəzinin prezidenti Nazim Əliyev də seminarın məqsədlərindən danışıb. Onun sözlərinə görə, beynəlxalq seminarın keçirilməsi ölkəmizdə sağlam həyat tərzinin təbliği, gənc nəslin idmana yönləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir: “Türkiyə, Slovakiya, Rusiya və İsraildən qatılan ustadların iştirakı tədbirin əhəmiyyətini daha da artırdı. Bu cür beynəlxalq layihələr Bakıda döyüş sənətlərinin inkişafına mühüm töhfə verir”, - deyə o bildirib. Sonda iştirakçılar Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərova seminarın təşkilində yaradılan şəraitə görə minnətdarlıq ediblər. Seminar iştirakçılara sertifikat və təşəkkürnamələrin tədqim edilməsi ilə yekunlaşıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş