Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
BOK
28.11.2025, 12:06
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq yüz ilə yaxındır ki, eşitmə məhdudiyyətli idmançıların beynəlxalq arenada mübarizə meydanı hesab olunur. Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) 1924-cü ildə təsis olunması bu istiqamətdə yeni mərhələ açıb. 1955-ci ildə isə təşkilat Beynəlxalq Olimpiya Komitəsi tərəfindən karlar üçün idman sahəsini tənzimləyən müstəqil qurum kimi tanınıb. Elə həmin ildən etibarən “Beynəlxalq Səssiz Oyunlar” adlanan Deflimpiya Oyunları dünya idman gündəmində özünə sabit yer tutub. Bu günə qədər eşitmə məhdudiyyətli idmançıların iştirakı ilə 24 Yay, 18 Qış Deflimpiya Oyunları keçirilib. Sayca 25-ci yarışlara isə ilk dəfə Yaponiyanın paytaxtı Tokio şəhəri ev sahibliyi edib. Noyabrın 15-dən 26-dək davam edən XXV Yay Deflimpiya Oyunlarında 79 ölkə, region və qaçqın qruplarını təmsil edən təxminən 3 min idmançı mübarizə aparıb. Azərbaycan isə ilk dəfə iştirak etdiyi bu yarışlarda 6 idman növü üzrə (taekvondo, karate, üzgüçülük, yunan-Roma güləşi, cüdo və atıcılıq) 20 idmançı ilə təmsil olunub. Bu, həm nəticə, həm də simvolik baxımdan ölkəmiz üçün əlamətdar olub. İlk dəfə olaraq Deflimpiya Oyunlarında 3-ü taekvondo, 1-i karate və 1-i üzgüçülük üzrə olmaqla ümumilikdə 5 qadın idmançımız çıxış edib. Tokionun ev sahibliyi etdiyi möhtəşəm açılış mərasimi ənənəvi “Awa Odori” rəqsinin nümayişi ilə başlayıb. Tədbirdə Yaponiya vəliəhdi Akişino, Baş nazir Sanae Takaişi və digər rəsmi şəxslərin iştirakı Oyunlara verilən önəmi bir daha göstərib. Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa Oyunları rəsmi açıq elan etdikdən sonra 21 idman növü üzrə yarışlara start verilib. Bu, Yaponiyanın tarixdə ilk dəfə həm yay, həm də qış Deflimpiya Oyunlarına ev sahibliyi etməsi ilə də yadda qalıb. Tokioda keçirilən Deflimpiya Oyunları Azərbaycan komandası üçün bir gümüş medalla əlamətdar olub. İlk dəfə iştirak etdiyimiz belə bir yarışda yeganə medalı komandamıza cüdo yarışlarında Coşqun Əliyev (60 kq) qazandırıb. O, ardıcıl qələbələrlə finala yüksələrək ölkəmizin Deflimpiya tarixində gümüş medala sahib olub. 1/8 finalda Cənubi Koreya təmsilçisi Çoi Junho, 1/4 finalda xorvatiyalı Yosipi Tonzetiç, yarımfinalda isə niderlandlı Vesteroff Albert Gerhardua Hendrik üzərində qələbə qazanan idmançımız finalda braziliyalı Pedro Dantasla qarşılaşıb. Həlledici görüşdə rəqibinə məğlub olan Coşqun Əliyev gümüş medala sahib olub. Mükafatı idmançımıza Beynəlxalq karlar idman komitəsinin vitse-prezidenti Yutaka Osugi təqdim edib. Bu nailiyyət həm də 2023-cü ildə yaradılan Azərbaycan Deflimpiya Komitəsinin qısa müddətdə formalaşdırdığı idman proqramının ilk böyük uğuru hesab olunur. 12 gün davam edən XXV Yay Deflimpiya Oyunlarının bağlanış mərasimi də açılış qədər təntənəli olub. Azərbaycan bayrağını bu dəfə deflimpiyaçılar Milanə Xəlilova və Sahib Sahibli daşıyıblar. Mərasimdə Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov, baş katibi Namiq Novruzov və Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev də iştirak edib. Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa, Yaponiya Karlar Federasiyasının rəhbəri Daigo İşibaşi və Tokionun qubernatoru Yuriko Koike çıxışlarında bütün idmançıların əzmkarlığını yüksək qiymətləndirərək onlara gələcək yarışlarda uğurlar arzulayıblar. Daha sonra Deflimpiya bayrağı endirilib və Oyunlar rəsmi olaraq başa çatıb. Tokioda təşkil olunan XXV Yay Deflimpiya Oyunları Azərbaycan idmanı üçün həm tarixi başlanğıc, həm də ölkəmizdə Deflimpiya Hərəkatının inkişafı baxımından mühüm mərhələ kimi yadda qalıb. İlk dəfə iştirakına baxmayaraq, komandamızın nümayiş etdirdiyi iradə, peşəkarlıq və mübarizə ruhu Deflimpiya Hərəkatında ölkəmizin yeni simasının formalaşdığını göstərib. Coşqun Əliyevin qazandırdığı gümüş medal isə bu yolun ilk böyük əldə olunmuş uğur zirvəsi kimi xüsusi önəm daşıyır. Bu nəticə Azərbaycan Deflimpiya Komitəsinin qarşıdakı illər üçün məqsədlərin real və perspektivli olduğunu sübut edir. Yarışlarda iştirak edən hər bir idmançı, məşqçi və federasiya nümayəndəsi ölkəmizin idman nüfuzunun yüksək səviyyədə təmsil olunmasına öz töhfəsini verib. Tokio Deflimpiya Oyunları geridə qaldı, lakin burada qazanılan təcrübə, əldə edilən nəticələr və formalaşan komanda ruhu Azərbaycan Deflimpiya Hərəkatının növbəti mərhələdə daha güclü çıxışlar üçün möhkəm təməl yaratdıb.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bugün, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Bugün, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK
-
2042-ci il Qış Olimpiya Oyunları üçün ABŞ-dan yeni təşəbbüs
23.06.2026, 15:54 Olimpizm xəbərləri
-
Voleybol məşqçiləri üçün “Təhlükəsiz idman - hamı üçün” mövzusunda seminar keçiriləcək
23.06.2026, 15:34 Olimpizm xəbərləri
-
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
23.06.2026, 15:17 Gündəm
-
Beynəlxalq Olimpiya Günü münasibəti ilə “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib
23.06.2026, 14:19 MOK
-
23 iyun - Beynəlxalq Olimpiya Günüdür
23.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Azərbaycanlı idman mütəxəssisi Türkiyədə vəzifəyə təyin edildi
23.06.2026, 10:00 Olimpiya dünyası
-
Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
23.06.2026, 03:51 Ağırlıqqaldırma
-
Taekvondoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar
23.06.2026, 00:10 Taekvondo
-
Qadınlardan ibarət Azərbaycan millisi Fərid Qayıbovla görüşüb
22.06.2026, 18:15 Futbol
-
Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
22.06.2026, 17:52 Futbol
-
Azərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
22.06.2026, 17:41 Olimpiya dünyası
-
AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib
22.06.2026, 16:45 AMADA
-
Parabadmintonçusmuz Fransada bürünc medal qazanıb
22.06.2026, 14:57 Olimpiya dünyası
-
Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
22.06.2026, 14:35 Taekvondo
-
Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar
22.06.2026, 14:14 Olimpiya dünyası
-
Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
22.06.2026, 12:17 Su idman növləri
-
Badmintonçumuz Serbiyada bürünc medala sahib oldu
22.06.2026, 11:49 Olimpiya dünyası
-
Bu gün DÇ-2026-da daha 4 oyun keçiriləcək
20.06.2026, 19:22 Futbol
-
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirir
20.06.2026, 19:20 Futbol