Vankuver-2010 Qış Olimpiya Oyunlarının çempionu olan 41 yaşlı amerikalı dağ xizəkçisi Lindsi Vonn 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarında iştirakı barədə danışıb. "Yenidən böyük idmanda özümü sübut etmək istəyirəm. Bu qayıdış sadəcə sevdiyim işi yenidən etmək üçün bir fürsətdir. Olimpiadada 41 yaşım olacaq. 33 yaşında dağ xizəyi üzrə "ən yaşlı Olimpiya medalçısı" rekordunu qırmışam. İdmanda hər şey mümkündür. Əgər Tom Bradi, Luis Hemilton bunu da bacarırsa, deməli mən də bacara bilərəm", - deyə "Sportskeeda" Vonndan sitat gətirib.
"Luis Hemilton bunu da bacarırsa, deməli mən də bacara bilərəm"


