Fransa Liqa 1-də keçirilən "Nant"-"Lans" matçında qonaqlar qələbə qazanıblar – 1:2.
Olimpnews.az xəbər verir ki, həmin matçda ilk dəfə xüsusi kameralardan istifadə edilib. Formula 1 treklərindəki trek boyunca hərəkət edərək maşınların dinamikasını çəkən kameralar matçda yan xətt boyunca hərəkət edib. “Agito” robotuna quraşdırılmış kamera meydanda oyunçuların hərəkət sürətini optimal şəkildə qeydə alıb.


