Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman "Barselona" klubu üçün 10 milyard avro hazırlayıb.
Olimpnews.az "El Chiringuito"nun jurnalisti Fransua Qallardoya istinadən xəbər verir ki, özünün X sosial media səhifəsində bildirib ki, bu təklif uğursuz ola bilər. Çünki klub seçkilərə və idarəetməyə nəzarət edən üzvlərə məxsusdur.
Qeyd edək ki, Kataloniya klubunun hazırda 2,5 milyard avro borcu var.


