"Borussiya" səfərdə xal itirdi

"Borussiya" səfərdə xal itirdi

Futbol üzrə Almaniya Bundesliqasında 14-cü turun daha bir oyunu keçirilib.

Olimpnews.az xəbər verir ki, "Frayburq" klubu doğma azarkeşlər önündə Dortmund "Borussiya"sını qəbul edib. Oyun 1:1 hesabı il yekunlaşıb. 

Tərəflər meydandan hərəyə bir xalla ayrılıblar. Dortmundular hazırda 29 xalla üçüncü, "Frayburq" isə 17 xalla doqquzuncudur.