“Azərbaycan Güləş Federasiyası ölkə miqyaslı ən yaxşı çempionatı təşkil etdi”
Olimpizm xəbərləri
12.01.2026, 20:25
1978-ci ildən etibarən müxtəlif statuslarda rayon səviyyəsindən Olimpiya miqyasınadək minlərlə idman yarışında iştirak etmişəm. 48 il əvvəl yeniyetmə güləşçi kimi qədəm qoyduğum bu prosesdə sonradan hakim kimi ölkə, qitə, dünya çempionatlarında və nəhayət, Olimpiya Oyunlarında hakimlik etmişəm. Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, 50-dən artıq ölkənin təşkilatçılığı ilə baş tutan saysız-hesabsız qlobal idman tədbirlərinin iştirakçısı kimi həm də idman yarışlarının keyfiyyət əmsalını qiymətləndirən peşəkar mütəxəssislərdənəm. Sonradan artıq idman sahəsində nəzəriyyəçi və pedaqoq kimi fəaliyyətimdə, fəlsəfə doktoru kimi elmi araşdırmalarımda və hazırda bitirmə üzrə olduğum elmlər doktorluğu üzrə tədqiqatlarımda idman yarışlarının hazırlanmasının institusional əsaslarını qlobal məcrada dəyərləndirirəm. Sözün düzü, əksərən xarici dövlətlərdə yarışlar bitdikdən sonra ürəyimdə bir azərbaycanlı hakim kimi qibtə də etmişəm ki, bu tədbir səviyyəsində ölkəmizdə də çempionat keçirilməlidir. Son onillikdə bu sahədə ölkəmizdə inqilabi dəyişikliklər baş verib. Möhtərəm cənab Prezidentimizin şəxsi nəzarəti və hörmətli Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən xeyli idman yarışı yüksək hazırlıq səviyyəsinə görə dünya idman salnaməsinə örnək model kimi həkk olunub. Avropa və İslam Həmrəyliyi Oyunları, müxtəlif idman sahələri üzrə dünya, qitə çempionatları bu qəbildəndir. Həmişə arzu etmişəm ki, bu yüksək səviyyə və göstərici rayon və ölkə miqyaslı yarışlarda da özünü təsdiqləsin. Açıq etiraf edim, bəzən ölkə miqyaslı elə tədbirlərin iştirakçısı olurdum ki, onların sadəcə simvolik mənada keçirildiyini görür və çox təəssüf edirdim. Ancaq indi qürurla deyə bilərəm ki, bu məqsədə nail olmaq üzrəyik. 7-11 yanvar 2026-cı il tarixlərində Azərbaycan Güləş Federasiyası tərəfindən keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı sözün həqiqi mənasında, məni həm təəcübləndirdi, həm də heyrətləndirdi. Yuxarıda qeyd etdiyim kimi, 50-dən artıq xarici ölkədə minlərlə idman yarışında hakim olaraq iştirak etmişəm. Son Azərbaycan çempionatını isə onların ən yaxşıları miqyasında gördüm. Hazırlaqlar ən yüksək səviyyədə aparılmış, tədbirin keçirildiyi infrastrukturun və məkanın ümumi potensialı ən yaxşı göstəricilərə uyğunlaşdırılmışdır. Çempionatın bütün mərhələlərində müasirlik, yüksək zövq, rahat fəaliyyət üçün yaradılan münbit şərait özünü aydın büruzə verirdi. Bu yarışla bağlı məni sevindirən, ürəyimə fərəh gətirən onlarla belə fakt var ki, onları da bura əlavə etmək istərdim. Amma onların hamısını ümumiləşdirərək, tam məsuliyyətimlə deyirəm ki, Azərbaycan Güləş Federasiyası ölkə miqyaslı ən yaxşı çempionatı təşkil etdi. İndiyədək beləsi olmamışdı, əminəm ki, bu təcrübə əsasında bundan sonrakılar daha yaxşı olacaq. Ölkə və dünya idman hərəkatında təxminən 50 ilə yaxın fəaliyyət göstərmiş, minlərlə idman yarışında, o cümlədən üç Yay Olimpiya Oyununda hakimlik etmiş bir mütəxəssis kimi bu cür yüksək səviyyəli hazırlığın böyük zəhmət və peşəkarlıq hesabına mümkün olduğunu yaxşı anlayıram. Bu illər ərzində qazandığım zəngin təcrübəni bu gün nəzəriyyəçi alim və pedaqoq kimi elmi araşdırmalarımda və gənc idmançıların yetişdirilməsində tətbiq edirəm. Ölkə çempionatını az qala dünya çempionatı səviyyəsində peşəkar və keyfiyyətli hazırlayan Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Federasiyamızın hörmətli Prezidenti cənab Mikayıl Cabbarovun şəxsi nəzarəti, birbaşa rəhbərliyi altında hazırlıq prosesi dünya standartlarına uyğun aparıldı. Güləş Federasiyasının hörmətli Baş katibi Pərvin Piriyevin gənc olmasına baxmayaraq, həm göstərilən etimadı belə şərəflə doğrultması, həm də işinin öhdəsindən layiqincə gəlməsi, nəticə etibarilə ölkənin ən yaxşı çempionatının keçirilməsini təmin etdi. Bu komandanın gördüyü hər işdə keyfiyyət göstəricisi ən üstün səviyyədə idi. Buraya idman yarışlarının hazırlanmasının əvvəldən sonadək bütün mərhələləri, keçirilən məkanın funksionallığı, idmançıların, qonaqların, izləyicilərin, medianın yerləşməsi, rahat fəaliyyəti, həmçinin emosiya və həyacanın ifadəsi, bir sözlə, «A-dan Z-yədək» hər şey daxildir. Demək, bizdə də artıq peşəkar idman təşkilatçıları, peşəkar idman menecerləri və vətənpərvər kadrlar var və onlar öz işlərinin öhdəsindən ləyaqətlə gəlirlər. Bu yüksək duyğular, razılıq hissi məndə qəti əminlik yaratdı ki, Azərbaycan Güləşinin də ən böyük inkişafı və intibahı hələ qarşıdadır. Məncə, Güləş Federasiyasının rəhbərliyi bu tarixi vəzifənin və çağırışın da öhdəsindən uğurla gələcək. Veteran idmançılar olaraq, bu missiyanın reallaşmasında həmişə olduğu kimi, bundan sonra da təcrübəmizi bölüşməyə daim hazırıq. Əsas odur ki, nəticə olsun. İlkin nəticə isə artıq var!
Hicran ŞƏRİFOV, Milli Olimpiya Komitəsinin Nəzarət-Təftiş Komissiyasının sədri, “Şöhrət” və “Olimpiya” Ordenli, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
26.08.2026, 16:48 MOK
-
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Yay İdman Festivalı keçiriləcək
26.08.2026, 15:21 Olimpiya dünyası
-
“Judo Club 2012”nin yetirmələri beynəlxalq turnirin mükafatçıları sırasında
26.08.2026, 13:04 Cüdo
-
Boksçularımız Avropa çempionatına hazırlığın son mərhələsi üçün Gürcüstana yollanıb
26.08.2026, 12:10 Boks
-
Bu gün Mehriban Əliyevanın doğum günüdür
26.08.2026, 12:00 Gündəm
-
“Sabah” Çempionlar Liqasının tarixinə düşüb
26.08.2026, 11:52 Futbol
-
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
26.08.2026, 11:09 Gündəm
-
Millimiz bu gün AVRO-2026 çərçivəsində Belçika yığması ilə qarşılaşacaq
26.08.2026, 10:05 Voleybol
-
AFFA prezidenti "Sabah"ı təbrik edib
26.08.2026, 01:50 Futbol
-
"Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
25.08.2026, 23:30 Gündəm
-
Badmintonçularımız beynəlxalq turnirdə 17 medal qazanıblar
25.08.2026, 15:28 Olimpizm xəbərləri
-
"Barselona" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
25.08.2026, 13:34 Futbol
-
Azərbaycan Üzgüçülük Federasiyası beynəlxalq ekspertlə əməkdaşlığa başladı
25.08.2026, 13:22 Su idman növləri
-
Dünya çempionatında iki medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb
25.08.2026, 13:10 Cüdo
-
AVRO-2026: Bu gün daha iki qarşılaşma keçiriləcək
25.08.2026, 10:38 Voleybol
-
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxacaq
25.08.2026, 10:21 Futbol
-
Voleybol millimizdən Avropa çempionatında ardıcıl üçüncü qələbə
24.08.2026, 22:00 Voleybol
-
Su İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
24.08.2026, 19:14 Olimpizm xəbərləri
-
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
24.08.2026, 18:58 Güləş
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
24.08.2026, 16:42 Ağırlıqqaldırma
-
III "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
24.08.2026, 15:38 Futbol
-
Paraüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
24.08.2026, 15:16 Olimpiya dünyası
-
Cüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
24.08.2026, 10:29 Cüdo
-
Bakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
24.08.2026, 10:14 Gündəm
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol