Taekvondoçularımız Şəkidə təlim-məşq toplanışında iştirak edirlər 

Taekvondoçularımız Şəkidə təlim-məşq toplanışında iştirak edirlər 

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisi Şəkidə təlim-məşq toplanışına start verib.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Şəki Olimpiya İdman Kompleksində keçirilən 14 günlük hazırlıq mərhələsində əsas diqqət idmançıların ümumi fiziki hazırlığının yüksəldilməsinə yönəldilib.

Təlim-məşq prosesi böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi ilə keçirilir.

Toplanışın əsas məqsədi yığma üzvlərinin fiziki hazırlıq səviyyəsinin artırılması, funksional dayanıqlığın gücləndirilməsi və qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmalarının təmin edilməsidir.