Qış olimpiadasının İtaliya modeli hazırdır
BOK
02.02.2026, 11:29
İtaliyada keçiriləcək XXV Qış Olimpiya və Paralimpiya Oyunları üçün hazırlıq prosesi başa çatıb. Təşkilat Komitəsi növbəti Qış Olimpiadasının modelini bütün dünyaya təqdim edib. Uzun müddətdir Oyunların loqosu, talismanı, məşəli və piktoqramları ictimaiyyətə təqdim olunub.
“Futura” həmrəylik və sağlam həyat tərzini təbliğ edir
Milan və Kortina Ampetsoda keçirilən XXV Qış Olimpiya və Paralimpiya Oyunlarının emblemi 2021-ci il mart ayının 30-da rəsmi olaraq ictimaiyyətə təqdim olunub. Emblemin seçilməsi prosesi 7-25 mart tarixlərini əhatə edib. Bu müddət ərzində italiyalı təşkilatçılar bütün dünyaya 2 variant təqdim ediblər. Variantlardan biri “Dado”, digəri isə “Futura” (gələcək) adlandırılıb. Seçimlərdə 169 ölkədən iştirak edən 871 min nəfər sonda “Futura” (74/26) variantını bəyənib. “Futura”nın qalib gəlməsində əsas səbəb kimi emblemdəki “26”nın qar və buz cizgiləri ilə əhatə olunması göstərilib. Emblemdə, həmçinin, Olimpiya Hərəkatının inkişafı, həmrəylik və sağlam həyat tərzi öz əksini tapıb. Qeyd edək ki, “Futura” eyni zamanda Qış Paralimpiya Oyunlarına da aid edilib.
“Tina” və “Milo” idmanla yanaşı, incəsənəti də sevir
Milan-Kortina-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının talismanları ictimaiyyətə 2024-cü il fevral ayının 24-də San-Remo musiqi festivalı zamanı təqdim olunub. “Tina” və “Milo” talismanlarının adları Oyunlara ev sahibliyi edəcək iki şəhərin qısaltmasını özündə əks etdirir. Müəlliflərin fikrincə, “Tina” şəhərdə yaşayır, əyləncəyə, incəsənətə böyük maraq göstərir. O, güc və gözəlliyi özündə cəmləşdirib. Onu tez-tez konsert salonlarında və təqdimat mərasimlərində görmək mümkündür. “Milo”ya gəlincə, emblem qəhrəmanı daha çox arzularla yaşamağı sevir. Dünyaya pəncəsiz gələn bu talisman özündə güc tapıb, yeriməyi öyrənərək, quyruğu ilə xarüqələr yaratmağa nail olub. Onun ən böyük əyləncəsi qartopu oynamaq, musiqi alətində ifa etməkdir. “Milo” fiziki qüsurlu insanların güclü xarakterinin təsəssümü hesab olunur.
Zirvədən zirvəyə və ya iki hissədən ibarət medal
Milan-Kortina-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının medalları 2025-ci ilin iyul ayında Veneto (Venetsia) rayonunda yerləşən “Palatso Balbi” arenasında ictimaiyyətə təqdim olunub. Mərasimdə İtaliyanın əfsanəvi idmançıları - xizəksürmə üzrə ikiqat bürünc mükafatçı Federiko Pelleqrino və paralimpiya çempionu Françeska Porçelatto iştirak ediblər. Medalların dizaynında iştirakçı şəhərlərin birgə ittifaqı öz əksini tapıb. İki hissədən ibarət medalın mərkəzində Olimpiya halqaları xüsusi olaraq qeyd olunub. Mükafatın kənarlarında isə Milan və Kortina Ampetso-2026 Qış Olimpiya və Paralimpiya Oyunları sözlərinə rast gəlinir. Məlumat üçün bildirək ki, Qış Olimpiya Oyunları üçün 245, Paralimpiya Oyunları üçün isə 137 dəst medal hazırlanıb.
Olimp dağından Alp yamacına uzanan yol Milan-Kortina-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının məşəlinin təqdimatı ötən ilin aprel ayının 14-nə təsadüf edir. Maraqlıdır ki, məşəlin təqdimatı eyni vaxtda həm Milanda, həm də Yaponiyanın Osaka şəhərində keçirilən Ekspo-2025 sərgisində təşkil edilib. Milandakı təqdimat mərasimində Turin-2006 Qış Olimpiya Oyunlarında çempion olan idmançılar - xizəkçi Stefaniya Belmondo və paralimpiyaçı Bebe Vio iştirak etdiblər. Osakada keçirilən mərasimə isə Soçi-2014 Olimpiadasında fiqurlu konkisürmədə bürünc mükafata layiq görülən Karolina Kostner və paralimpiya çempionu Martina Kayroni dəvət edilmişdi. İtaliyanın məşhur Karlo Ratti Assosiati kompaniyası tərəfindən hazırlanan məşəl xüsusi dizaynla hazırlanıb. 1060 qram çəkiyə məxsus məşəlin hazırlanmasında aluminium metalına üstünlük verilib.
On min nəfərin tək arzusu
Milan və Kortina Ampetso-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının məşəli ötən ilin 26 noyabr tarixində Yunanıstanda, Qədim Olimpiya massivində alovlandırılıb. Alovlanan məşəlin Təşkilat Komitəsinə təqdim edilməsi mərasimi ötən ilin dekabr ayının 4-nə təsadüf edib. İtaliya ərazisində məşəl estafeti dekabrın 6-da başlayıb və fevralın 6-na qədər davam edəcək. On mindən artıq iştirakçı ilə keçirilən məşəl estafeti ölkənin 110 bölgəsini əhatə edəcək. Paytaxt Romadan başlayıb 63 gün davam edəcək tədbirdə məşəl 60 fərqli məkanda dayacanaq, ümumilikdə 12 min kilometr məsafə qət olunacaq. Məşəl fevralın 6-da Milandakı San-Siro stadionuna çatacaq.
Müştərək yaradılan sənət nümunəsi
İdman azarkeşlərinin hər Olimpiya və Paralimpiya Oyunlarından əvvəl diqqətlə gözlədiyi təqdimatlardan biri də piktoqramlardır. Bu elementlər istənilən böyük idman tədbiri üçün xüsusi əhəmiyyət kəsb edir. Milan-Kortina Ampetso-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi də nəhəng idman tədbiri üçün bu məqəma xüsusi diqqət yetiriblər. Budəfəki Oyunların piktoqramları hələ iki il əvvəl, noyabrın 24-də ictimaiyyətə təqdim edilib. Oyunların Təşkilat Komitəsi Beynəlxalq Qış İdman növləri Federasiyası ilə birlikdə mükəmməl bir işin öhdəsindən gəliblər. Hər iki qurum Qış olimpiadası üçün 16, Paralimpiya Oyunları üçün 6 piktoqram hazırlayıblar. Müəlliflər bu sənət əsərində insan cizgilərinə, idman hərəkətlərinə, mübarizə üslubuna və qış elementlərinə üstünlük veriblər. Nəticədə ortaya qoyulan mükəmməl bir iş bütün dünyadakı idman azarkeşlərinin rəğbətini qazanıb.
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
Bugün, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
Bugün, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
Bugün, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
Bugün, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
Bugün, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
Bugün, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
Bugün, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
Bugün, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol