Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Olimpnews.az Azərbycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Z.Gözəlbəyli qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsində Yunanıstanın "Panionios" və Kiprin "Olimpiada Neapolis" komandaları arasında keçiriləcək oyunda supervayzer funksiyasını yerinə yetirəcək.
Fevralın 5-də Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri polşalı Tomaş Yanik və rumıniyalı Darius Dumitru Meska olacaq.


