Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb - FOTO/VİDEO

BOK

06.02.2026, 23:02

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb. Olimpnews.az xəbər verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan 11-ci sırada keçəcək. Üçrəngli bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq. Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyir.  Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda yarışacaq. Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR