Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Olimpizm xəbərləri
07.02.2026, 02:10
Fevralın 6-da İtaliyanın Milan şəhərindəki məşhur “San Siro” stadionunda Milan-Kortina-2026 XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Olimpnews.az xəbər verir ki, açılış mərasimini Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyib. Mərasim Oyunların ev sahibi olan İtaliyanın dövlət bayrağının arenaya gətirilməsi ilə başlayıb və bu ölkənin Dövlət Himni səsləndirilib. Açılış mərasimində əsas məqamlarından biri atletlərin paradı olub. Olimpiya ənənəsinə əsasən, ilk olaraq Yunanıstan komandası paraddan birinci keçib. Azərbaycan komandası isə paraddan keçən 11-ci ölkə olub. Gender bərabərliyinə görə üçrəngli bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb. Sonda isə ev sahibi İtaliya komandasının idmançılarının paraddan keçidi olub.
Tədbirdə çıxış edən Milan-Kortina-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Covanni Malaqo bildirib ki, bu axşam İtaliya bütün dünyaya qucaq açır. “Milan şəhərinin zərifliyi və üslubundan Kortina Ampetsonun Alp möcüzəsinədək sizi tarix və innovasiya ölkəsinə - yaradıcılıq və mədəniyyət torpağına xoş gəlmisiniz deyirik”. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti, üzgüçülük üzrə ikiqat Olimpiya çempionu Kirsti Koventri isə idmançılara müraciət edərək Oyunların rəsmi ruhunu ifadə edib: “Oyunlar xoş gəlmisiniz. Bu, sizin anınızdır. Növbəti iki həftə ərzində bizə həqiqətən unudulmaz anlar bəxş edəcəksiniz. Siz insan olmağın nə demək olduğunu - xəyal qurmağı, çətinlikləri aşmağı, bir-birinizə hörmət və qayğı göstərməyi nümayiş etdirəcəksiniz. Göstərəcəksiniz ki, güc təkcə qalib gəlmək deyil. Güc həm də cəsarət və ürək deməkdir. Siz yalnız unudulmaz xatirələr yaratmayacaq, eyni zamanda Olimpiya arzularınıza çataraq dünyaya necə yaşamaq lazım olduğunu göstərəcəksiniz.” BOK prezidenti çıxışı zamanı könüllülərə də xüsusi təşəkkürünü bildirib: “Bütün möhtəşəm könüllülərə dərin minnətdarlığımı bildirirəm. Qarşıdakı günlərdə sizin təbəssümünüz və enerjiniz Oyunların sehrini canlandıracaq". Sonda İtaliya Respublikasının Prezidenti, Zati-aliləri Serko Mattarella Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarını rəsmi olaraq açıq elan edib Təntənəli açılış zamanı müxtəlif rəqs elementləri və kompozisiyalar nümayiş olunub. Sonra Olimpiya bayrağı arenaya gətirilib və məşəl alovlandırılıb. Azərbaycan Qış Olimpiadasında iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsevlə təmsil olunur. Təmsilçilərimizdən mübarizəyə ilk olaraq Vladimir Litvintsev başlayacaq. O, fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla çıxış edəcək. Digər idmançımız Anastasiya Papatoma isə fevralın 18-də İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina Ampetsoda slalom yarışlarında mübarizə aparacaq. Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda yarışırlar. XXV Qış Olimpiadasına fevralın 22-də yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika
-
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
19.10.2026, 09:38 Cüdo
-
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
18.10.2026, 09:05 Gündəm
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18.10.2026, 01:20 Gündəm
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
17.10.2026, 18:14 Cüdo
-
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
17.10.2026, 00:55 Gündəm
-
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
17.10.2026, 00:47 Olimpiya dünyası