Norveçli xizəkçi uğursuz çıxışdan sonra meşəyə girdi

Norveçli xizəkçi uğursuz çıxışdan sonra meşəyə girdi

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında Norveçi təmsil edən dağ xizəkçisi Atle Li Makqrat nəhəng slalom yarışlarında ikinci dəfə uğursuz çıxışdan sonra yaxınlıqdakı meşəyə girib.

Olimpnews.az xəbər verir ki, qızıl medala iddialı olan idmançı uzun müddət meşədə qar üzərində uzanıqlı vəziyyətdə qalıb. Könüllülər psixolji sarsıntı ilə üzləşən norveçli xizəkçini narahat etməyiblər. 
Qeyd edək ki, Atle Li Makqrat ötən il keçirilən dünya çempionatında gümüş medala layiq görülüb.