Unai Emeridən unikal göstərici

Unai Emeridən unikal göstərici

Futbol

Bugün, 11:08

İspaniyalı mütəxəssis Unai Emeri növbəti tarixi uğuruna imza atıb.

Olimpnews.az xəbər verir ki, 54 yaşlı baş məşqçi karyerasında 6-cı dəfə UEFA Avropa Liqasının finalına yüksəlməklə unikal göstəriciyə nail olub. Təcrübəli çalışdırıcının rəhbərlik etdiyi  İngiltərənin"Aston Villa" klubu yarımfinal mərhələsində "Nottingem Forest" (İngiltərə) üzərində qələbə qazanaraq finala vəsiqə əldə edib.

Qeyd edək ki, Unai Emeri daha əvvəl "Sevilya" ilə 2013/14, 2014/15 və 2015/16 mövsümlərində UEFA Avropa Liqasının qalibi olub. O, 2018/19 mövsümündə "Arsenal" ilə final oynasa da, həlledici görüşdə məğlubiyyətlə üzləşib. İspaniyalı mütəxəssis 2020/21 mövsümündə isə "Vilyareal" ilə yenidən kuboku başı üzərinə qaldırıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR