“Real Madrid” Valverde və Çuameni ilə bağlı intizam araşdırmasını yekunlaşdırdı

“Real Madrid” Valverde və Çuameni ilə bağlı intizam araşdırmasını yekunlaşdırdı

Futbol

08.05.2026, 23:06

İspaniyanın "Real Madrid" klubu Federiko Valverde və Orelien Çuameni barəsində başladılan daxili intizam araşdırmasının nəticələrini açıqlayıb.

Olimpnews.az xəbər verir ki, klubun yaydığı məlumata görə, hər iki futbolçu bu gün araşdırma nümayəndəsi qarşısına çıxıb. Görüş zamanı oyunçular baş verən hadisələrə görə dərin təəssüf hissi keçirdiklərini bildirərək bir-birlərindən üzr istəyiblər. Onlar eyni zamanda klub rəhbərliyindən, komanda yoldaşlarından, məşqçi heyətindən və azarkeşlərdən üzr istədiklərini qeyd ediblər.

Futbolçular “Real Madrid” klubunun uyğun görəcəyi istənilən intizam cəzasını qəbul etməyə hazır olduqlarını bildiriblər. Bu şərtlər əsasında klub rəhbərliyi hər iki oyunçuya 500 min avro məbləğində cərimə tətbiq edib və daxili prosedurların yekunlaşdırıldığını bəyan edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR