Mədəniyyət və incəsənət adamlarının futbola sevgisi
Olimpe doğru
24.12.2014, 15:15
Yaxşı yadımdadır, bir dəfə Moskvada "Dinamo” komandasının soyunub-geyinmə otağında xalqımızın böyük şairi Səməd Vurğunu və rus yazıçısı Konstantin Simonovu gördüm. Sonradan eşitdim ki, məşhur bəstəkar Qara Qarayev də onların arasında imiş. 1949-cu ildə Bakının "Neftçi” klubu ilk dəfə SSRİ birinciliyində yüksək liqada iştirak edirdi. Səməd Vurğun, demək olar ki, "Neftçi”nin bütün oyunlarına tamaşa edirdi. O, həmkarı İmran Qasımov və bəstəkar Qara Qarayevlə birgə tribunadan "Neftçi”nin matçlarını izləyirdi. Məşhur insanların tribunadan matçı izləməsi gənc futbolçuları ruhlandırırdı. Heç yadımdan çıxmır, bir neçə oyun idi ki, dalbadal qol vura bilmirdim. Razin stadionunda "Lokomotiv”lə görüşdə mən rəqib qapısına top vurdum. Səməd Vurğun sevincindən başından şlyapasını çıxararaq tribunaya tulladı. Tamaşaçılardan biri cəld tərpənərək şlyapanı göydə tutdu. Bu hadisəni Səməd Vurğunun yaxın dostu İmran Qasımov da görmüşdü. Səməd Vurğun məşhur sovet yazıçıları Konstantin Simonov və Aleksandr Fadeyevlə möhkəm dost idilər. Bir vaxtlar Fadeyev SSRİ Yazıçılar İttifaqının sədri, Səməd Vurğun isə katib işləyirdi. 1954-cü il oktyabrın 10-u idi. Hava çox soyuq və küləkli idi. "Dinamo” sonuncu ev oyununu keçirirdi. Nəticənin necə olmasından asılı olmayaraq, komanda çempion titulunu özünə təmin etmişdi. Komandamız Minskin eyniadlı klubu ilə oynayırdı.
Səməd Vurğun, Kostantin Simonov və Fadeyev tribunadan bizə azarkeşlik edirdilər. İndi hərdən gözlərimi yumub bu dahi insanları "Dinamo” stadionundakı lojada təsəvvür edirəm. İntellegent, səliqəli geyinmiş və təmkinliliyi ilə seçilən Simonovu xatırlayıram. Əsəbiləşəndə sevdiyi "Belomor” siqaretindən tez-tələsik qullab vurur və həyəcandan yerində atılıb-düşən dostlarını lağa qoyurdu. Fadeyev oyunu hirslə, qəzəblə seyr edirdi. Hisslərini, həyəcanını biruzə vermək istəmir, baş verənləri içində həll etməyə çalışırdı. Yalnız Səməd Vurğun cənublulara məxsus çılğınlıqla matçı izləyirdi. O atılıb-düşür, əl-qolunu oynadır, meydançada baş verənlərə emosiyasını gizlətmirdi. "Dinamo”nun qapısı ağzında təhlükəli vəziyyət yarananda Səməd Vurğun hirsindən qaralır, özünə yer tapa bilmir və dodağının altında nəsə deyir, əksinə, komandamız hücuma keçəndə o, sevincdən yerindən qalxır, bərkdən qışqıraraq komandanı dəstəkləyirdi. Bu cür məşhur insanların, sənət adamlarının özlərini kiçik uşaq kimi aparmalarına kənardan baxmaq bir ayrı mənzərə idi. Həmin gün matçdan sonra Səməd Vurğun dostları ilə tribunanın altındakı u1086 otağa gəlmişdi. Burada o, məni axtarıb tapdı və öz dostları ilə tanış etdi. Sonra onların üçü də mənim xahişimlə soyunub-geyinmə otağına gəldilər və komandanı qələbə münasibəti ilə təbrik etdilər. Burada Lev Yaşin, Sergey Salnikov, Sergey Beskovla səmimi söhbət etdilər. Onlar qələbəmizə uşaq kimi sevinirdilər. Səməd Vurğun hər dəfə Moskvada olanda bizim matçları mütləq izləyirdi. Bir hadisəni də danışım. "Dinamo” komandası 1955-ci ilin sentyabr ayında İtaliyada "Milan”la qarşılaşmalı idi. Reportajı Vadim Sinyavski aparırdı. Həmin gün dörd qolun dördünü də mən vurmuşdum. Səməd Vurğun dostu İmran Qasımovun ev balkonunda oturub matçı izləyirmiş. Şair radioqəbulediciyə möhkəm səs veribmiş. Küçədən keçənlər balkonda reportaja həyəcanla qulaq asan Səməd Vurğunun səsini eşidərək istər-istəməz ayaq saxlamağa məcbur olublar. Səməd həmin matçdan xatirə olaraq mənə suvenir hədiyyə etmişdi. Həmin hədiyyə indi Səməd Vurğunun ev-muzeyində saxlanılır.
Böyük şair futbolun vurğunu idi. Nə qədər qəribə olsa da, onun məşhur "Şair, nə tez qocaldın sən?” şeirinin yaranma tarixçəsi məhz futbolla bağlıdır. 1955-ci il iyunun 18-də "Dinamo” və "Spartak” komandalarının görüşü keçirilirdi. Bu, birinci dövrənin son oyunu idi. Biz öz meydançamızda rəqibə böyük hesabla (1:4) məğlub olduq. Səməd Vurğun komandanın məğlubiyyəti ilə barışmır, hirsindən nə edəcəyini bilmirdi. Fikirli-fikirli caamatın arası ilə stadionunun çıxış qapısına yollanan Səmədin "bıçaq vursan, qanı çıxmazdı”. "Moskva” mehmanxanasına tərəf istiqamət götürən taksi sürücüsü qaza bərk basanda şair ona yavaşca: "Sən tələsmə, mən heç yerə tələsmirəm. Mənim tələsən vaxtım çoxdan keçib” deyib. İmran Qasımov mehmanxanaya gələn dostuna bir yerdə vaxt keçirməyi təklif etsə də, Səməd imtina edib və tək qalmaq istəyib. Şair məşhur "Şair, nə tez qocaldın sən” şeirini məhz həmin oyundan sonra qələmə alıb:
Azərbaycan xalqının fəxri, məşhur musiqiçi Müslüm Maqomayev də mənim yaxın dostlarımdan idi. Çox gözəl xatırlayıram, 1965-ci ildə "Neftçi” komandası Odessada oynayırdı. Burada futbol təqviminə görə, komandamız "Çernomorets”lə oynamalı idi. "Neftçi”nin oyunçuları Jemçujina mehmanxanasında qalırdılar. Sonra eşitdik ki, Müslüm Maqomayev və İvan Pereverzev burada nömrə alıblar. Müslüm Maqomayev bizimlə görüşdü və məni şəxsən öz konsertinə dəvət etdi. Mən də öz növbəmdə sabah keçiriləcək oyunda birinci zərbəni məhz onun vurmasını xahiş etdim. Bu barədə komandanın məşqçisinə desəm də, o, bunu yaxşı qarşılmadı və etiraz etdi. Biz həmin matçda uduzduq. Həmyerlimizin konserti "Zelyonıy teatr”da açıq havada keçirilirdi. Müslüm məşhur musiqiçi, peşəkar müğənni olmaqla bərabər, həm də böyük insan idi. Konsertdən sonra bizim pərdəarxası görüşümüz oldu. Müslüm müəllim bizi şam yeməyinə dəvət etdi. Biz gecə keçənə qədər oturduq və xeyli söhbət etdik. Söhbətimizin əsas mövzusu təbii ki, futbol idi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
Bugün, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
Bugün, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
Bugün, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika
-
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
19.10.2026, 09:38 Cüdo
-
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
18.10.2026, 09:05 Gündəm
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18.10.2026, 01:20 Gündəm
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
17.10.2026, 18:14 Cüdo
-
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
17.10.2026, 00:55 Gündəm
-
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
17.10.2026, 00:47 Olimpiya dünyası
-
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16.10.2026, 13:06 Gündəm
-
Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi
16.10.2026, 12:07 Gündəm
-
Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
16.10.2026, 10:43 Gündəm
-
Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti ilə görüş olub
16.10.2026, 09:38 Olimpiya dünyası
-
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
09.10.2026, 16:11 Atletika