"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi

\"Turan Tovuz\" avrokuboklara vəsiqəni təmin etdi

Futbol

10.05.2026, 19:17

Futbol üzrə Misli Premyer Liqasında XXXI turun oyunları davam edir.

Olimpnews.az xəbər verir ki, turun son oyun günündə "Turan Tovuz " "Karvan-Yevlax"la qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən maç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.matcda vurulan yeganə qolunu müəllifi  45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub. Qələbə sayəsində xallarının sayını 59-a çatdıran "Turan Tovuz"  üçüncü sırada yer alır. Bununla da "Turan Tovuz" avrokuboklara vəsiqəni təmin edib. Sona 2 tur qalmış qərb təmsilçisinin ikincilik şansları davam edir. 14 xala malik "Karvan-Yevlax"ın isə Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR