"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi 

\"Barselona\" \"Real\"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi 

Futbol

Bugün, 01:16

"Barselona" klubu futbol üzrə İspaniya La Liqasında çempionluğunu rəsmiləşdirib. 

Olimpnews.az xəbər verir ki, kataloniya təmsilçisi La Liqanın 35-ci turu çərçivəsində "Kamp Nou"da keçirilən "El-Klasiko"da Madrid "Real"ını 2:0 hesabı ilə məğlub edərək bu uğura nail olub. Matçda hesabı 9-cu dəqiqədə Reşford cərimə zərbəsində vurduğu baxımlı qolla açıb. 18-ci dəqiqədə isə kataloqlar hesabdakı üstünlüyünü bir qədər də artırdı. Ferran Torres Olmonun ötürməsini dəqiq zərbə ilə tamamladı. Bu, matçda vurulan son qol olub. Beləliklə, "Barselona" klubu qələbə sayəsində xallarının sayını 91-ə çatdırıb. Hans-Diter Flikin komandası bununla da mövsümün başa çatmasına üç türk qalmış ikinci pillədə qərarlaşan əzəli rəqibi "Real Madrid"i 14 xal qabaqlayaraq çempionluğunu bayram edib. Bu, "Barselona"nın 29 La Liqa çempionluğu olub. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR