Rza Xəlilli: “Azərbaycan bayrağının qaldırılması mənim üçün unudulmaz anlarla yadda qaldı”
Müsahibə
23.09.2025, 23:53
Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalı Azərbaycanın idman tarixinə daha bir parlaq səhifə yazdı. 50 kq çəki dərəcəsində tatami üzərinə çıxan gənc cüdoçumuz Rza Xəlilli mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək qızıl medal qazandı və komandamıza ilk çempionluğu bəxş etdi. Gənc yaşına baxmayaraq, artıq Avropa Kubokunun mükafatçısı olan Rza Xəlilli, bu qələbə ilə ölkə idmansevərlərinin diqqətini üzərinə cəmləməyi bacardı. Yeniyetmə idmançımızla həm idmana gəlişindən, həm festivaldakı çıxışından, həm də gələcək planlarından danışdıq.
- Rza, istərdik əvvəlcə özünü oxucularımıza təqdim edəsən? Necə oldu ki, həyatında idman, xüsusilə də cüdo bu qədər önəmli yer tutdu?
- 2009-cu il aprelin 15-də Bakı şəhərində dünyaya gəlmişəm. Hazırda Respublika Olimpiya İdman Liseyinin 11-ci sinif şagirdiyəm. Beş yaşımda idmanın cüdo idman növü ilə məşğul olmağa başlamışam. Bu yola çıxmağımda ən böyük rol atam olub. İlk məşqçim Rəşad Rufullayev idi və onun rəhbərliyi ilə cüdonun sirlərinə yiyələndim. Əslində, uşaqlıqdan bu idman növünə xüsusi marağım vardı. Atam özü də cüdonu çox sevirdi, lakin mənə bu sevgini ötürən əsas amil Azərbaycan cüdoçularının beynəlxalq arenada qazandığı parlaq uğurlar idi. Olimpiya çempionlarımızın, dünya və Avropa mükafatçılarımızın qələbələri təkcə mənim yox, yüzlərlə gənc idmançının ürəyində böyük ümid və motivasiya yaradıb. Görünür, atam da məhz həmin uğurlardan təsirlənərək cüdo idman növünə xüsusi rəğbət bəsləyib və bu sevgini mənə ötürüb.
- İlk dəfə tatami üzərinə çıxdığın an hansı hisslər keçirmişdin?
- Əlbəttə, həmin anı heç vaxt unuda bilmirəm. İlk dəfə tatami üzərinə çıxanda çox həyəcanlı idim. Məncə, bu, hər bir idmançının yaşadığı təbii bir hissdir. Həyəcan insanı daha məsuliyyətli edir.
- Skopye-2025 Avropa Gənclər Olimpiya Festivalında komandamıza ilk qızıl medalı qazandırdın. Həmin yarışı necə xatırlayırsan?
- EYOF mənim idman karyeramda xüsusi yeri olan yarışdır. Mübarizəyə 1/8 final mərhələsindən başladım və ümumilikdə dörd görüş keçirdim. İlk qarşılaşmada Şimali Makedoniya təmsilçisinə qalib gəldim. Ardınca Macarıstan və Böyük Britaniya idmançılarını da məğlub edərək finala vəsiqə qazandım. Həlledici görüşdə isə ispaniyalı rəqibə də qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Festival barədə danışanda xüsusi qeyd etməliyəm ki, ikinci mərhələdən etibarən rəqiblər daha güclü və təcrübəli idmançılar idi. Onlarla ilk dəfə üz-üzə gəlirdim. Bu isə mənim üçün yeni təcrübə oldu. Qələbəmdən sonra Azərbaycan bayrağının qaldırılması və himnimizin səslənməsi mənim üçün unudulmaz anlarla yadda qaldı.
- Bu qələbə sənin həyatında və idman yolunda hansı dönüş nöqtəsini təşkil edir?
- Düzünü desəm, hələ də həmin qələbənin sevincini tam sözlə ifadə etmək çətindir. Festivalda qızıl medal qazanmaq heç də asan deyil, çünki burada Avropanın ən yaxşı gənc cüdoçuları bir araya gəlir. Finala qədər irəliləyib, bütün rəqiblərimi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq mənim üçün həm qürur, həm də böyük xoşbəxtlikdir. Bu medal indiyə qədər qazandığım mükafatlar arasında ən dəyərlisi sayılır. Fürsətdən istifadə edib, bu uğurda əməyi olan federasiya rəhbərliyinə, yığma komandamızın baş məşqçisi Emin İskəndərova, məşqçimiz Nicat Şıxəlizadəyə və şəxsi məşqçim Rəşad Rufullayevə minnətdarlığımı bildirirəm.
- Artıq yeniyetmələr arasında böyük uğura imza atmısan. Qarşıdakı əsas məqsədlərin nələrdir?
- Mənim üçün ən böyük hədəf böyüklər arasında dünya, Avropa və Olimpiya çempionu olmaqdır. Bu üç titulu öz karyerasında birləşdirən Azərbaycan cüdoçusu çox azdır. Hazırda yalnız iki nəfər belə zirvəyə yüksəlib - Hidayət Heydərov və Zelim Kotsoyev. Onların uğurları bizim üçün həm nümunədir, həm də güclü motivasiya mənbəyidir. Mən də istəyirəm ki, gələcəkdə həmin yola addımlayım və bütün titullara sahib olum. Olimpiya çempionu olmaq hər bir cüdoçunun arzusudur. Mən də inanıram ki, bir gün zəhmətimin qarşılığını görərək Azərbaycan bayrağını Olimpiya Oyunlarında yüksəldəcəyəm. Hidayət və Zelim kimi idmançılar bizə göstərirlər ki, bu məqsədə çatmaq mümkündür. Mən də çalışıram ki, bir gün onların sırasında yer alım və ölkəmizi dünya arenasında layiqincə təmsil edim.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Şahin" hərbi-idman oyunu üzrə Yasamal rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Bugün, 21:17 Olimpiya dünyası
-
MOK-da Azərbaycan Kino Agentliyi ilə görüş keçirilib
Bugün, 15:41 MOK
-
Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub
Bugün, 13:19 Futbol
-
Millimiz Dünya Kubokunda altıncı oldu
Bugün, 11:32 Olimpiya dünyası
-
Pəhləvanlarımız qitə birinciliyini 10 medalla başa vurdular
Bugün, 09:27 Gündəm
-
Azərbaycan millisinin növbəti rəqibi bəlli olub
23.05.2026, 18:51 Futbol
-
Media nümayəndələri Şamaxıda güləş zalı və məşq prosesi ilə tanış olublar
23.05.2026, 13:19 Güləş
-
Beynəlxalq güləş qaydaları kitabının təqdimatı olub
23.05.2026, 12:35 Güləş
-
Beynəlxalq Güləş Günündə Şamaxıda media üçün seminar keçirilib
23.05.2026, 12:16 Güləş
-
Misli Premyer Liqasında sonuncu turun daha iki oyunu keçiriləcək
23.05.2026, 10:02 Futbol
-
"Barselona"nın əfsanəsi məşqçiliyə başlayır
23.05.2026, 09:35 Futbol
-
23 May - Beynəlxalq Güləş Günüdür
23.05.2026, 09:08 Güləş
-
Modriç gələcəyi barədə danışdı
23.05.2026, 08:47 Futbol
-
"Lans"dan tarixi zəfər
23.05.2026, 08:30 Futbol
-
"Judo Club 2012"dən növbəti uğur
23.05.2026, 08:06 Cüdo
-
"Trabzonspor" 10-cu dəfə Türkiyə Kubokunun qalibi oldu
23.05.2026, 01:28 Futbol
-
Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu
22.05.2026, 22:32 Güləş
-
İki guləşçimiz Avropa çempionatının finalında
22.05.2026, 22:22 Güləş
-
"Qarabağ" mövsümə qələbə ilə yekun vurdu
22.05.2026, 21:33 Futbol
-
Kamandan oxatma üzrə ölkə birinciliyi keçiriləcək
22.05.2026, 15:45 Olimpiya dünyası
-
AŞF-nin yeni loqosu təqdim edilib
22.05.2026, 15:36 Şahmat
-
Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi yekunlaşdı
22.05.2026, 15:09 Olimpiya dünyası
-
Bakıda "SPLASH for Swimmable Cities" tədbiri keçirilib
22.05.2026, 13:00 Olimpiya dünyası
-
Azərbaycan Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib
22.05.2026, 12:29 Şahmat
-
Parakarateçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
22.05.2026, 11:09 Olimpiya dünyası
-
Olimpiya çempionları yeniyetmə və gənc güləşçilərlə görüşüblər
21.05.2026, 15:44 Olimpiya dünyası
-
Misli Premyer Liqasında sonuncu tura start verilir
21.05.2026, 10:06 Futbol
-
Azərbaycan stolüstü tennisçisi rəsmən Dünya rekordçusudur
20.05.2026, 20:22 Gündəm
-
ATF-nin iki nümayəndəsinə Avropa Taekvondo Birliyində vəzifə verilib
20.05.2026, 16:17 Taekvondo
-
Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər
20.05.2026, 14:13 Şahmat
-
Stolüstü tennisçilər Tacikistana yollanıblar
20.05.2026, 12:22 Tennis
-
Elgün Əlizadə məşqçilik kursunu uğurla başa vurub
20.05.2026, 11:54 Velosiped
-
“Zirvəyə doğru – Qazax 2026”
20.05.2026, 11:22 Olimpiya dünyası
-
Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək
20.05.2026, 10:06 Futbol