Azərbaycan idmançıları Paris-2024-ü 2 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurdular
Rio 2016
12.08.2024, 12:53
İyulun 26-dan avqustun 11-dək keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarında dünyanın 204 ölkəsindən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan Olimpiya komandası Oyunlarda 48 idmançı ilə təmsil olunub.
Yığmamız Olimpiya Oyunlarındakı 8-ci cəhdində 15 idman növü üzrə 17 proqramda çıxış edib. Paris-2024 Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vuran komandamız medalların əyarına görə Xorvatiya ilə birlikdə 30-31-ci, sayına görə isə 33-cü yerləri bölüşüb. Komandamız Avropa ölkələri arasında isə 19-cu, MDB ölkələri arasında 4-cü, İslam ölkələri arasında isə üçüncü yeri tutub.
Azərbaycan komandasına qızıl medalları cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb. Taekvondoçu Qaşim Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.
İdmançılarımız bu medalları cüdo, taekvondo, boks, güləş idman növündə qazanıblar.
Azərbaycan komandasının bununla da müstəqillik əldə etdikdən sonra Olimpiya Oyunlarında qazandığı medalların 56-ya (9 qızıl, 16 gümüş, 31-ci bürünc) çatıb.
Cüdoçularımızın Paris-2024-dəki tarixi zəfəri
Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı cüdo yarışlarında -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Hidayət Heydərov qazandırıb. Cüdo yarışlarının üçüncü günündə - avqustun 29-da tatami üzərinə çıxan dünya və dördqat Avropa çempionumuz 1/8 finalda israilli Tohar Bitbula, 1/4 finalda kanadalı Artur Margelidona, yarımfinalda isə kosovalı Akil Qyakova qalib gələrək, finala vəsiqə əldə edib. Həlledici mərhələdə cüdoçumuzun rəqibi fransalı Con Benjamin Qaba olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə qalib gələn Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında komandamıza ilk qızıl medalı qazandırıb. Beləliklə, Hidayət Heydərov bu il Avropa və dünya çempionluqlarının ardından Olimpiya medalını da qazanaraq, Fransada Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirib.
Cüdo yarışlarının altıncı günündə növbəti dəfə idmançımızın qələbəsi şərəfinə Parisdə Azərbaycan himni səsləndirilib. Bu dəfə cüdo üzrə dünya və Avropa çempionumuz Zelim Kotsoyev -100 kq çəki dərəcəsində Olimpiya çempionu adını qazanıb. Cüdoçumuz 1/8 finalda polşalı Pyotr Kuçeraya, 1/4 finalda isə İsrail təmsilçisi Peter Palçikə ipponla qalib gəlib. İdmançımız finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevi məğlub edib. Həlledici görüşdə cüdoçumuzun rəqibi dünya reytinqində ikinci pillədə qərarlaşan gürcüstanlı İlya Sulamanidze olub. Gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalan görüşdə Zelim Kotsoyev rəqibinə qalib gələrək, Azərbaycana Paris-2024-ün ikinci qızıl medalını qazandırıb.
Bununla da Azərbaycan komandası Olimpiya Oyunlarının cüdo yarışlarında 2 qızıl medal qazanaraq, ümumi hesabda və kişilər arasında ikinci yeri tutub. Bu, yeni bir tarixi səhifə, yeni bir uğur idi. Parisdə qazanılan uğur həm də Azərbaycan Cüdo Federasiyasının dünya cüdosunda gücünün göstəricisdir.
Bir idmançı və bir gümüş medal
Azərbaycan Olimpiya komandasına növbəti medalı taekvondoçumuz Qaşim Maqomedov (58 kq) qazandırıb. Mübarizəyə 1/8 finaldan başlayan taekvondoçumuz ardıcıl olaraq irlandiyalı Cek Uolleyə, ispaniyalı Adrian Visenteyə və italiyalı Olimpiya çempionu Vito Dellakvilaya qalib gələrək, finala vəsiqə qazanıb. Final görüşündə idmançımızın rəqibi ötən il Bakıda keçirilən dünya çempionatının qalibi cənubi koreyalı Park Tae-Jun olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əvvəllərində zədələnən idmançımız görüşü sona qədər davam etdirə bilməyib. Beləliklə, Qaşim Maqomedov Paris-2024-ün gümüş medalına sahib çıxıb. Fransa paytaxtına bir idmançı ilə yollanan taekvondo millimiz maksimum nəticə ilə yadda qalıb. Bu, Azərbaycanın müstəqillik əldə etdikdən sonra taekvondo yarışlarında qazandığı ikinci medaldır. Buna qədər isə Rio-2016 Yay Olimpiya Oyunlarında Radik İsayev (+80 kq) Olimpiya çempionu olmuşdu.
Alfonso Dominqes iki Olimpiya medalı qazanan ilk boksçumuz oldu
Komandamıza növbəti gümüş medalı isə boksçumuz Alfonso Dominqes (92 kq) qazandırıb. Mübarizəyə 1/8 finaldan başlayan dəri əlcək ustamız ilk mərhələdə kubalı ikiqat Olimpiya çempionu Xulio Sesar la Krusa qalib gəlib. 1/4 finalda Aybek Oralbayı (Qazaxıstan), yarımfinalda isə Enmanuel Reyes Playı (İspaniya) məğlub edən Alfonso Dominqes adını finala yazdırıb. Bu mərhələdə boksçumuzun rəqibi özbəkistanlı Lazizbek Mullojonov olub. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə məğlub olan boksçumuz Paris-2024-ün gümüş medalına sahib çıxıb. Bununla da Tokio-2020-də bürünc medal qazanan Alfonso Dominqes Azərbaycanın idman tarixinə iki Olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.
Güləşçilərimizin final seriyası 28 il sonra Paris-2024-də qırıldı
Pəhləvanlarımız isə Parisdə Olimpiya Oyunları tarixində ilk dəfə olaraq finala yüksələ bilməyiblər. Paris-2024-ə 12 (5 yunan-Roma, 6 sərbəst, 1 qadın), güləşçi ilə yollanan pəhləvanlarımızdan heç biri yarımfinal mərhələsini keçə bilməyib. Buna qədər isə Olimpiya Oyunları tarixində belə hal yaşanmayıb. Güləşçilərimiz iştirak etdikləri əvvəlki 7 Olimpiya Oyunlarında ən azı bir final görüşündə (Atlanta-1996: 1 final, Sidney-2000: 1 final, Afina-2004: 1 final, Pekin-2008: 1 final, London-2012: 4 final, Rio-2016: 3 final, Tokio-2020: 1 final) iştirak ediblər. Bu seriyanı isə Paris-2024-də davam etdirmək mümkün olmayıb.
Ümumilikdə isə Paris Olimpiadasında Azərbaycanın qazandığı hər üç, bürünc medal pəhləvanlarımızın payına düşüb (yunan-Roma 1 bürünc, sərbəst güləş 2 bürünc). “Klassiklər”in yarışında Həsrət Cəfərov üçüncü yeri tutaraq, Paris-2024-də güləş yığmamıza ilk Olimpiya medalını qazandırıb. 67 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız 1/8 finalda misirli Mohamed Elsayedə, 1/4 finalda isə və moldovalı Valentin Petiçə qalib gəlsə də, yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibova məğlub olub. Üçüncü yer uğrunda həlledici görüşdə qırğızıstanlı Amantur İsmayılova qalib gələn Həsrət bürünc medala sahib çıxıb. Bu, yunan-Roma güləşçilərimizin Paris-2024-dəki ilk və tək medalı olub.
Sərbəst güləş yarışlarında komandamıza ilk medalı Giorgi Meşvildişvili (125 kq) qazandırıb. 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzub. Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Barana qalib gələrək, bürünc medala layiq görülüb.
Komandamıza yeddinci medalı isə Olimpiya Oyunların son günündə mübarizə aparan sərbəst güləşçimiz Maqomedxan Maqomedxanov (97 kq) qazandırıb. 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Peresə, 1/4 finalda isə polşalı Mateuş Baranovskiyə qalib gələn pəhləvanımız finala gedən yolda gürcüstanlı Givi Matçaraşviliyə məğlub olub. O, üçüncü yer uğrunda həlledici görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidzeni məğlub edərək, bürünc medala sahib çıxıb.
Paris-2024-ü üç bürünc medalla başa vuran pəhləvanlarımız bununla da Olimpiya Oyunları tarixində 28-ci mükafatını qazanıblar. Bu mükafatlardan 4-ü qızıl, 8-i gümüş, 16-sı isə bürünc medaldır.
Maqomedxan Maqomedxanovun bürünc medalı həmçinin Azərbaycan idmançılarının müstəqillik əldə etdikdən sonra Olimpiya Oyunları tarixində qazandığı 56-cı medal olub. Müstəqil şəkildə ilk dəfə Atlanta-1996-da təmsil olunan Olimpiya komandamız 56-cı (9 qızıl, 16 gümüş, 31-ci bürünc) medalı Olimpiya Oyunlarındakı 8-ci cəhdində qazanıb. Bu, Azərbaycan komandasının Olimpiya Oyunları tarixində London-2012-dən (2 qızıl, 2 gümüş, 5 bürünc) sonra ikinci ən yaxşı nəticəsidir.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib
24.10.2026, 22:45 Gündəm
-
İki güləşçimiz dünya çempionatının finalında
24.10.2026, 20:25 Güləş
-
Bakıda FIFA U-15 dünya çempionatına start verilir
24.10.2026, 10:38 Gündəm
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş