Paralimpiya çempionumuz xüsusi mükafata layiq görülüb

Paralimpiya çempionumuz xüsusi mükafata layiq görülüb

Olimpizm xəbərləri

14.05.2026, 21:29

Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov xüsusi mükafata layiq görülüb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə Avropanı təmsil edən 8 Olimpiya və Paralimpiya çempionuna xüsusi mükafat təqdim edilib.

Mükafata layiq görülən idmançılar arasında Azərbaycanı təmsil edən İmaməddin Xəlilov da yer alıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR