DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı

DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı

Futbol

Bugün, 01:05

Futbol üzrə dünya çempionatında 1/4 finalın daha bir iştirakçısı müəyyənləşib.

Olimpnews.az xəbər verir ki, bu 1/8 finalda Portuqaliya yığmasına qalib gələn İspaniya millisidir.

Dallas stadionunda keçirilən oyunda matçın taleyini bir qol həll edib. Oyunda vurulan yeganə qolun müəllifi 90+1-ci dəqiqədə fərqlənən Mikel Merino olub. 

"Qırmızı furiya"nın 1/4 finaldakı rəqibi ABŞ və Belçika komandaları arasında oyundan sonra müəyyənləşəcək. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR