Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil

Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil 

Futbol

Bugün, 12:18

Xorvatiya millisinin kapitanı Luka Modriç yığmadakı karyerasını başa vurmaq fikrində deyil.

40 yaşlı yarımmüdafiəçi ölkəsini təmsil etmək və Slaven Biliç baş məşqçi postuna təyin olunacağı təqdirdə onun rəhbərliyi altında oynamaq istəyir.

Sentyabrın 9-da 41 yaşı tamam olacaq təcrübəli futbolçu 2006-cı ilin martından Xorvatiya seçməsinin formasını geyinir və komandanın tarixində ən çox oyun keçirən futbolçudur. Modriçə millidə debüt etmək imkanını 2006-cı ildə məhz Slaven Biliç vermişdi.

Qeyd edək ki, Xorvatiya millisi DÇ-2026-nın 1/16 final mərhələsində Portuqaliya yığmasına 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR