DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı

DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı 

Futbol

Bugün, 08:08

Argentina millisi futbol üzrə dünya çempionatının yarımfinalına yüksələn sonuncu komanda olub. 

Olimpnews.az xəbər verir ki, cənubi amerikalılar 1/4 finalda İsveçrə yığmasına 3:1 hesabı ilə qalib gələrək bu hüquqa yiyələniblər. Kanzas stadionunda keçirilən matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.

Argentinalıların heyətində Aleksis Makallister (10), Xulian Alvares (112) və Lautaro Martines (120+1) fərqləniblər. İsveçrənin tək qolu isə Dan Ndoyedən (67) gəlib.

Qeyd edək ki, Argentina seçməsi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR