"Real" Rodri transferi üçün hərəkətə keçib

\"Real\" Rodri transferi üçün hərəkətə keçib  

Futbol

Bugün, 13:13

İspaniyanln Madrid "Real"ı İngiltərənin "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodrini heyətinə qatmaq istiqamətində danışıqları sürətləndirib.

Olimpnews.az xəbər verir ki, məlumata görə, Madrid təmsilçisi artıq İngiltərə klubu ilə təmasa keçərək transferlə bağlı şifahi müzakirələrə başlayıb. Bildirilir ki, tərəflər arasında ilkin danışıqlar aparılır və mümkün keçidlə bağlı variantlar dəyərləndirilir.

Xəbərdə qeyd olunur ki, "Real"ın prezidenti Florentino Peres uzun müddətdir gündəmdə olan bu transferə razılıq verib. Klub rəhbərliyi Rodrinin heyətə cəlb edilməsini prioritetlərdən biri hesab edir.

Madrid klubu transferi reallaşdırmaq üçün 50 milyon avrodan artıq vəsait ayırmağa hazırdır. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR