"Zirvəni fəth et" 

\"Zirvəni fəth et\" 

Olimpiya dünyası

Bugün, 12:48

Lerikdə “Zirvəni fəth et!” devizi altında gənclər arasında ənənəvi dağ yürüşü təşkil olunub. "8 Avqust - Beynəlxalq Alpinizm Günü" münasibətilə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı sayəsində keçirilən tədbirdə hər cür çətinliyə dözümlü bir qrup gənc “Zirvəni fəth et!” devizi altında Talış silsiləsinin 2200 metr hündürlükdə olan “Qala dağ” zirvəsinə yürüşə çıxıblar.

Burada əsas məqsəd gənclərin fiziki hazırlığının daha da möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, təbiətə, eləcə də dağ turizminə marağın artırılmasıdır. Yürüşə böyük həvəslə qatılan gənclər çətin dağ cığırlarını və mürəkkəb relyefi uğurla geridə qoyaraq dağın zirvəsinə qalxıb. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR