Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar

Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar

Olimpiya dünyası

Bugün, 16:42

Yardımlı İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə asudə vaxtın səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və fiziki fəallığın təşviq edilməsi məqsədilə uşaqlar arasında əyləncəli kütləvi idman oyunları keçirilib.

Olimpnews.az xəbər verir ki, iştirakçılar müxtəlif əyləncəli estafetlərdə, komanda yarışlarında və idman oyunlarında öz bacarıqlarını göstəriblər. Həmçinin yarışlar zamanı uşaqlar həm rəqabət aparıb, həm də komanda ruhunu, dostluq, əməkdaşlıq dəyərlərini nümayiş ediblər.

Şən və maraqlı atmosferdə keçən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR