“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib

“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib

Olimpiya dünyası

Bugün, 18:23

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Yaşayış Kompleksində uşaqlar arasında “İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib.

Olimpnews.az xəbər verir ki, tədbirdə balacalar müxtəlif əyləncəli idman oyunlarında iştirak edərək həm sağlam rəqabət aparıb, həm də maraqlı və yaddaqalan vaxt keçiriblər.

Tədbirin təşkilində məqsəd uşaqlarda idmana marağın erkən yaşlardan formalaşdırılması, sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması, komanda ruhunun və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsindən ibarət olub. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR